Bu il İran "Şimal-Cənub" dəhlizi ilə yük tranzitinin 3 dəfə artacağını gözləyir
Bu il İran "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqaməti üzrə yüklərin tranzitini 3 dəfə - 2 milyon tona qədər artırmağı planlaşdırır.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
"Biz 2023-cü ildə Rusiya, Qazaxıstan və Türkmənistanın köməyi ilə bu (şərq - red.) istiqamətdə yüklərin daşınması əməliyyatına başladıq. 2023-cü ildə bu həcmlər 650 min ton idi. Potensialı nəzərə alaraq, biz Rusiya tərəfi ilə razılığa gəldik və 2024-cü ilə - 2 milyon ton hədəf qoyduq", - deyə Cəlali Həştərxanda keçirilən IX Xəzər Media Forumunda jurnalistlərə bildirib.
K.Cəlali əlavə edib ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin şərq istiqamətinin tutumu 15 milyon ton yük təşkil edir, ona görə də bu qolun potensialından tam istifadəyə doğru getmək lazımdır.
Xatırladaq ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökümətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub.
Sonxeber.az
Telegramda izləyin
Turizm Baxılıb: 1093 Tarix: 17 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın mədəni irsi Yaponiya serialında təqdim olunacaq
Yaponiyanın məşhur "VIVANT" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. xəbər verir ki, bu barədə Azərbaycan Turizm Bürosu (ATB) məlumat yayıb. Bildirilib ki, serialın Azərbaycanda çəkilişləri başa çatıb. Agentlik "Tokyo Broadcastin
15 oktyabrRusiya ABŞ-nin Zaporojye AES-lə bağlı təklifini rədd edib
Rəsmi Moskva Vaşinqtonun Ukraynadakı münaqişəni həll etmək üçün Zaporojye Atom Elektrik Stansiyasını ABŞ-ın nəzarətinə keçirmək təklifinə qarşı çıxıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Amerikanın təklifinə görə, ABŞ Zaporojye AES-ə nəzarə
8 fevralOteldə İNTİHAR: müştəri özünü binadan atdı
Rusiyanın paytaxtı Moskvada otelin müştərisi intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə saat gecə saatlarında Leninski prospektindəki yerləşən "Salyut" otelində baş verib. Moskva vilayətinin Mıtişi şəhərindən olan 37 yaşlı kişi binanın pəncərəsindən özünü atıb və hadisə yerind
19 oktyabr 2025Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycana Amerika qitəsi ölkələrindən 5 747 turist gəlib. "Report" rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 % çoxdur. Üç ay ərzində daha çox turist ABŞ-dən gəlib - 3 789 nəfər. Bu göstərici 1 il əvvələ nisbətə
30 mayBakı aeroportu payız-qış uçuş cədvəlinə keçir
Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 25-dən payız-qış uçuş cədvəlinə keçir. Bu barədə -a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib. Bildirilib ki, 2027-ci il martın 27-dək davam edəcək mövsümün proqramı Avropa, Türkiyə, Yaxın Şərq, Mərkəzi, Cənubi və Şərqi Asiya, eləcə də digər istiqamətlə
16 oktyabrTarkanın əkizi kimi tanınan "Popstar" qalibi indi nə işlə məşğuldur?
200-ci illərin əvvəllərində Türkiyədə milyonlarla insanı ekran qarşısına toplayan "Popstar Türkiye" musiqi yarışmasının ilk qalibi Abidin Özşahin illər sonra tamamilə fərqli sahəyə yönəlib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, yarışmanın münsiflər heyətində Deniz Seki, Armağan Çağlayan
3 oktyabrAvstraliyada təqaüdçü əmlakını mövcud olmayan adama miras qoydu
Avstraliyada yaşayan bir təqaüdçü öz evini reallıqda heç vaxt mövcud olmayan bir qadına vəsiyyət edib. xəbər verir ki, bu barədə "YourLifeChoices" nəşri məlumat yayıb. Perrin soyadlı şəxs 2024-cü ilin may ayında vəsiyyətnamə hazırlayaraq, daşınmaz əmlakını illər əvvəl internetdə tanış olduğ
17 oktyabrSEPAH: Ötən gün Hörmüz boğazından 20 gəmi keçib
Son 24 saat ərzində Hörmüz boğazından 20 gəmi keçib. "Report"un məlumatına görə, bu barədə "Al Jazeera" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin məlumatına istinadən xəbər verib. "Son 24 saat ərzində İran hərbçiləri 20 gəminin Hörmüz boğazından keçidin
30 may