"Cənab Prezident istər Forumdakı çıxışında, istərsə də müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi" - DEPUTAT

"Cənab Prezident istər Forumdakı çıxışında, istərsə də müsahibəsində bir çox məsələlərə aydınlıq gətirdi" - DEPUTATPrezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda keçirilən XII Qlobal Bakı Forumu istər mövzusu, istərsə də əhatə dairəsi ilə hər il olduğu kimi yenə də dünyanın diqqətini cəlb etdi. Tədbirdə müxtəlif ölkərdən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edib. Həmişə olduğu kimi postpandemiya dövrü də daxil olmaqla, Azərbaycan qlobal tədbirlərə ev sahibliyi missiyasını uğurla həyata keçirir. Artıq Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib. Əminliklə deyə bilərik ki, ölkəmizin bu istiqamətdə beynəlxalq arenada çəkisi get-gedə daha da artır. XII Qlobal Bakı Forumu da bunun bariz nümunələrindən biridir.

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Millət vəkili bildirib ki, cənab Prezident istər Forumdakı çıxışında, istərsə də müsahibəsində bir çox məsələlərə aydınlıq gətirib və dünyanı narahat edən problemlər, bu onları yaradan səbəbləri aydın faktlarla şərh edibdir.

Cənab Prezindent öz müsahibəsində bir daha bildiribdir ki, artıq dünya nizamı pozulub və onun yoluna qoyulması çətin proses olmaqla, bəşəriyyətin fəlakətlərdən qurtulması üçün çox vacibdir. Çünki beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaması, dünya ölkələrinin hadisələrə ikili standartlardan yanaşması, bir çox hallarda beynəlxalq təşkilatların Qərar və Qətnamələrinin ələ alınmaması artıq bəşəriyyət üçün fəlakətə gətirib çıxarır. Azərbaycan da bunu öz timsalında uzun illər hiss edib və ağrılarını yaşayıbdır. Çünki torpaqlarımız 30 il işğal altında olduğu bir dövrdə BMT təhlükəsizlik şurasının dörd Qətnaməsi olduğu halda erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal altına saxlayıblar və şəhərlərimizi, kəndlərimizi talan ediblər, insanlarımıza olmazın əzablar veriblər. Belə olan halda, beynəlxalq aləm bu məsələlərə laqeyid yanaşıb, beynəlxalq hüquq normaları sayılmayıb və nəhayət Azərbaycan öz gücü, öz qüdrəti hesabına torpaqlarını işğaldan azad edibdir. Ancaq bundan sonra da bir çox dövlətlər Azərbaycanın bu haqlı mübarizəsinə kölgə salmağa çalışıblar və müəyyən təsirlər, təqiblər göstərilibdir. Cənab Prezident bu faktları öz müsahibəsində geniş şərh edərək bildirdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin, eləcə də dünyada baş verən hadisələrin nizama salınması üçün hələ uzun illər lazım olacaqdır. Çünki bu hadisələrə, bu beynəlxalq normalara aparıcı dövlətlər bilavasitə öz mənafeləri mövqeyindən yanaşırlar ki, bu da münaqişələrin aradan qaldırılmasına maneələr yaradır.

Cənab Prezident çıxışında COP29 beynəlxalq tədbiri ərəfəsində Azərbaycana qarşı Qərb dairələrin antiAzərbaycan təbliğatına xüsusi toxunub. Bəzi Qərb dairələri tərəfindən ölkəmizə qarşı bir çox əsassız iddialar irəli sürülərək, tədbirin Bakıda keçirilməsini baltalamağa çalışırdılar. Bu, özünü dünyanın ağıllısı sayanların iqlim dəyişiklikləri kimi vacib məsələnin onlar üçün heç nə ifadə etmədiyinin təzahürü idi. Onlar bu cür məsələlərdən sadəcə öz bədnam niyyətlərini həyata keçirmək üçün fürsət kimi istifadə etdiklərini bir daha nümayiş etdirdilər. Bu məsələyə cənab Prezident İlham Əliyev Forumdakı çıxışında yer verərək bildirib: "…Əfsuslar olsun ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb mediasında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam. Bu, Azərbaycanı gözdən salmaq, qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. Bizi ittiham edirdilər ki, neft və qaz hasil edən ölkəyik. Lakin əvvəl bir sıra ölkələr, o cümlədən Avropada nefti və qazı olan ölkələr var idi. Lakin dırnaqarası media tərəfindən buna məhəl qoyulmaması normal bir hal kimi qəbul olunmuşdur. Azərbaycanın neft hasilatı, məsələn, Kanadadan on dəfə azdır. Qlobal qaz emissiyalarında payımız cəmi 0,1 faizdir. Biz isə qlobal qaz emissiyalarına ən böyük töhfə verənləri bilirik. Amma bununla belə, dövri əsaslarla bəzən gün ərzində ondan artıq məqalə Azərbaycanın bir neft dövləti kimi təsvir edilməsinə yönəlirdi. Yəni deyirdilər, bir ölkə kimi qlobal, beynəlxalq tədbirin keçirilməsinə layiq deyilik. Bütün bunlar bir neçə mərkəzdən, əslində, ikisindən qaynaqlanırdı. Onlardan biri - ABŞ-ın Dövlət Departamenti idi. "Vaşinqton Post", "Nyu-York Tayms", "Politico", "Newsveek" və "Assoşieyted Press" kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər". Bütün bunlara baxmayaraq, COP29 iqlim diplomatiyası sahəsində mühüm sıçrayış oldu. Ən vacib məqam isə odur ki, 10 ildən artıq keçilməz nöqtə olan Paris Sazişinin 6-cı maddəsi üzərində konsensus əldə olundu. Beləki, COP29 BMT çərçivəsində yüksək inteqrasiya edilmiş karbon bazarlarına dair 6-cı maddə üzrə danışıqların yekunlaşması üçün on il davam edən gözləntiyə son qoydu. Cənab Prezidentin dediyi kimi "…Buna görə, Bakıdakı COP29 "Bakı sıçrayışı" adlandırıldı və bu, mühüm irsdir". Bədnam qüvvələrin bütün cəhdlərinə baxmayaraq COP29 tədbiri böyük uğurlarla iqlim diplomatiyası tarixinə qızıl hərflərlə yazıldı. Həmçinin, ölkəmizə qarşı bütün təzyiq və qarayaxmalara rəğmən, qeydiyyata alınmış 77 min iştirakçı oldu. Onların sırasında 197 ölkədən təmsilçilər, 70 dövlət və hökumət başçısı var idi. COP29-u boykot edən yeganə ölkə Ermənistan idi.

Millət vəkili T.Cəfərova diqqətə çatdırıb ki, ölkəmizin başçısının çıxışında vurğuladığı mühüm məqamlardan biri də Cənubi Qafqazda davamlı sülhün əldə olunmasında Azərbaycanın mövqeyini açıqlaması idi. Cənab Prezident qeyd etdi ki, Azərbaycan sülh prosesinin təşəbbüskarıdır, ölkəmiz bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir. Prezident Ermənistanın işğalı və təcavüzü nəticəsində xalqımızın yaşadığı məhrumiyyərlərdən söz açaraq söyləyib ki, bu ağrını heç zaman unutmayacağıq. İşğaldan azad olunmuş ərazilərə səfərlər edən xarici qonaqlar bu dəhşətli barbarlığı gözləri ilə görürlər, şəhərlərimiz xarabalığa çevrilib. Bütün bunlara baxmayaraq, Fransa kimi Ermənistanın havadarlığını edən qüvvələr onu silahlandıraraq yeni müharibəyə hazırlaşmağa təşviq edirlər. Ermənistan hərbi-siyasi hakimiyyəti isə xarici qüvvələrə arxalanaraq, özünü uçuruma aparır.

Həqiqət odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib və bunu heç bir qüvvə şübhə altına ala bilməz. Azərbaycan dövləti cənab Prezident İlham Əliyevin rəhbərliyi altında milli maraqlarından irəli gələn bütün məsələləri uğurla həyata keçirib və bu siyasət davam edəcək. XII Qlobal Bakı Forumu kimi mötəbər bir tədbirdə beynəlxalq münasibətlər sistemində yeni yanaşmalara, bütün dünya xalqlarının mənafeyinin qorunmasına və dayanıqlı sülh sisteminin təşkil olunması və dünya düzəninin yenidən düşünülməsi üçün yeni çağırışlara ciddi ehtiyac var. Bu baxımdan Nizami Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən və artıq müsbət bir ənənəyə çevrilmiş Qlobal Bakı Forumu olduqca mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biridir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 974   Tarix: 17 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr