"Ölkə başçısı Forum çərçivəsində "Euronews" telekanalına müsahibəsində dünyaya yeni mesajlarını çatdırmış oldu" - DEPUTAT

"Ölkə başçısı Forum çərçivəsində "Euronews" telekanalına müsahibəsində dünyaya yeni mesajlarını çatdırmış oldu" - DEPUTATAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr artıq bir ənənəyə çevrilib. Ölkə Başçısı XII Qlobal Bakı Forumu çərçivəsində "Euronews" telekanalına müsahibəsində dünyada baş verən siyasi katakilizmlər, pozulmuş dünya nizamı, Cənubi Qafqazda mövcud vəziyyət, beynəlxalq təşkilatların hazırkı iflic vəziyyəti və XII Qlobal Bakı Forumunun beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında əhəmiyyəti barədə olduqca önəmli fikirlər söyləyib, xarici auditoriyaya mühüm mesajlar verib. Onu da qeyd etmək lazımdır ki, cənab Prezidentin müsahibəsi ölkəmizin təşəbbüslərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Millət vəkili bildirib ki, cənab Prezident istər Forumdakı çıxışında, istərsə də "Euronews" telekanalına verdiyi müsahibəsində bir çox məsələlərə aydınlıq gətirib və dünyanı narahat edən problemləri, bu problemləri yaradan səbəbləri aydın faktlarla şərh edibdir.
Cənab Prezindent öz müsahibəsində bir daha bildiribdir ki, artıq dünya nizamı pozulub və onun yoluna qoyulması çətin proses olmaqla, bəşəriyyətin fəlakətlərdən qurtulması üçün çox vacibdir. Çünki beynəlxalq hüququn norma və prinsplərinə əməl olunmaması, dünya ölkələrinin hadisələrə ikili standartlardan yanaşması, bir çox hallarda beynəlxalq təşkilatların Qərar və Qətnamələrinin ələ alınmaması artıq bəşəriyyət üçün fəlakətə gətirib çıxarır. Azərbaycan da bunu öz timsalında uzun illər hiss edib və ağrılarını yaşayıbdır. Çünki torpaqlarımız 30 il işğal altında olduğu bir dövrdə BMT təhlükəsizlik şurasının dörd Qətnaməsi olduğu halda erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal altına saxlayıblar və şəhərlərimizi, kəndlərimizi talan ediblər, insanlarımıza olmazın əzablar veriblər. Belə olan halda, beynəlxalq aləm bu məsələlərə laqeyid yanaşıb, beynəlxalq hüquq normaları sayılmayıb və nəhayət Azərbaycan öz gücü, öz qüdrəti hesabına torpaqlarını işğaldan azad edibdir. Ancaq bundan sonra da bir çox dövlətlər Azərbaycanın bu haqlı mübarizəsinə kölgə salmağa çalışıblar və müəyyən təsirlər, təqiblər göstərilibdir. Cənab Prezident bu faktları öz müsahibəsində geniş şərh edibdir və bildiribdir ki, Azərbaycan-Ermənistan münasibətlərinin, eləcə də dünyada baş verən hadisələrin nizama salınması üçün hələ uzun illər lazım olacaqdır. Çünki bu hadisələrə, bu beynəlxaq normalara aparıcı dövlətlər bilavasitə öz mənafeləri mövqeyindən yanaşırlar ki, bu da münaqişələrin aradan qaldırılmasına maneələr yaradır.
Azərbaycan Prezidenti İlham Əliyev müsahibəsində rəsmi Bakının geosiyasi baxımdan ümumi xəttini konkret və lakonik şəkildə dilə gətirib. Həm regiondakı vəziyyəti əks etdirmək, həm də qlobal gündəm baxımından Azərbaycan liderinin milli müstəqilliyin qorunması, tarixi ədalətin bərpası ilə bağlı dedikləri daha çox xarici auditoriyaya ünvanlanan mesajlardır. Əslində, bu, hər bir dövlətin daha çox ehtiyac duyduğu reallıqlardır. Ölkə Başçısı deyib: "Təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni öz resurslarımız güvənirdik, suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir. Bu məsələdə o qədər də nikbin deyiləm. Realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir".
XII Qlobal Bakı Forumu çərçivəsində baş verən ən yaddaqqalan məqamlardan biri kimi Prezidenti İlham Əliyevin "Euronews" telekanalına verdiyi müsahibəsini göstərə bilərik. Beynəlxalq miqyasda baş verən qlobal dəyişikliklərə konseptual yanaşması ilə seçilən bu müsahibədə dövlət başçımız dünyaya yeni mesajlarını çatdırmış oldu.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1007   Tarix: 17 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır

Hamiləliyə və doğuma görə verilən müavinət artırılır. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsind

4 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr