MM Qarabağda iqtisadi fəaliyyət üçün vergi-rüsumdan azadetmə sənədinin icazələr siyahısına salınmasını təsdiqləyib

MM Qarabağda iqtisadi fəaliyyət üçün vergi-rüsumdan azadetmə sənədinin icazələr siyahısına salınmasını təsdiqləyibAzərbaycanın işğaldan azad edilmiş ərazilərindəki iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalının 2033-cü ilə qədər əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad edilməsi ilə bağlı təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir.

Sonxeber.az xəbər verir ki, bununla bağlı "Lisenziyalar və icazələr haqqında" qanunda dəyişikliklər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, qanun layihəsi "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 9 dekabr 2022-ci il tarixli və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi haqqında" 23 dekabr 2022-ci il tarixli qanunlara uyğun hazırlanıb.

Xatırladaq ki, azadolma Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı əsasında - 2023-cü il yanvarın 1-dən 10 il müddətinə İqtisadiyyat Nazirliyinin verdiyi təsdiqedici sənəd əsasında tətbiq olunur. Qeyd edilən təsdiqedici sənədin "sahibkarlıq fəaliyyətinə verilən icazə" xarakterli olması nəzərə alınmaqla, "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 75-ci maddəsi yeni redaksiyada verilir, bununla da həmin təsdiqedici sənəd icazələrin siyahısına daxil edilir.

Qanun layihə müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 730   Tarix: 18 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İctimai Wi-Fi-dən istifadə zamanı hansı təhlükələrlə üzləşə bilərik? - AÇIQLAMA

Kafe, hava limanı, otel və digər ictimai məkanlarda pulsuz Wi-Fi-dan istifadə etmək artıq gündəlik həyatımızın adi hissəsinə çevrilib. Bəs rahatlıq üçün qoşulduğumuz bu şəbəkələr şəxsi məlumatlarımızı, sosial media hesablarımızı və hətta bank məlumatlarımızı nə dərəcədə riskə atır? İctimai Wi-Fi-da

11 sentyabr
.

Bu atları saxlayanlara 1000 manat veriləcək

"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"

10 sentyabr
.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində

İqlim diplomatiyasından real fəaliyyətə, yaşıl enerjidən yeni iqtisadi modelə doğru. Dünyanın qarşısında dayanan ən böyük çağırışlardan biri artıq gələcəyin problemi deyil. İqlim dəyişmələri bu gün iqtisadiyyatlara, enerji sistemlərinə, kənd təsərrüfatına, su ehtiyatlarına, şəhər həyatına və insanları

10 sentyabr
.

Xankəndidə nə qədər insan yaşayır?

Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu

11 sentyabr
.

"12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi məqsədəuyğundur" - Adil Vəliyev

12 illik tam orta təhsildən sonra 3 illik bakalavr sistemi məqsədəuyğundur. xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev parlamentin Elm və təhsil komitəsinin bugün iclasında deyib. O qeyd edib ki, bakalavr təhsilinin 3 ilə endirilməsi Ali təhsil haqqında yen

11 sentyabr
.

"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"

2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind

10 sentyabr
.

Qolları olmadığı üçün anasının imtina etdiyi körpənin ayaqlarında da problem var: Körpələr evinə verildi

Bakıda anasının imtina etdiyi körpənin fiziki məhdudiyyətləri yalnız qolları ilə bağlı olmayıb. -ın əldə etdiyi məlumata görə, iyunun 27-də dünyaya gələn körpənin ayaqları da inkişafdan qalıb. Həmçinin uşağın barmaqları bitişikdir. Məlumata görə, körpədə ümumilikdə bir neçə anadangəlmə fiziki məhdudiyyə

10 sentyabr
.

"80-lər" trendinə qoşulanlara ciddi xəbərdarlıq: Məlumatlarınız oğurlana bilər!

Sosial mediada sürətlə yayılan "80-lər" trendi şəxsi məlumatların təhlükəsizliyi və rəqəmsal məxfiliklə bağlı müzakirələrə səbəb olub. Türkiyənin Şəxsi Məlumatların Mühafizəsi Qurumunun (KVKK) yaydığı açıqlamada istifadəçilərə süni intellekt tətbiqləri vasitəsilə fotoşəkillərin işlənməsi il

11 sentyabr
.

Eyni ərazi, fərqli qiymət: Əmlak qiymətlərini nə müəyyənləşdirir?

Eyni ərazidə yerləşən və oxşar xüsusiyyətlərə malik evlərin qiymətləri belə bir-birindən ciddi fərqlənə bilər. Burada təmirin səviyyəsi, sənədlərin tamlığı, torpağın hüquqi statusu, evin tikinti keyfiyyəti, yerləşdiyi küçə, nəqliyyat və infrastruktura yaxınlıq kimi amillər mühüm rol oynayır. Bəs, daşınma

11 sentyabr