Yuri Qusev: Üç il ərzində Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçib
Son üç ildə valideynləri Rusiya-Ukrayna münaqişəsi zamanı dünyasını dəyişmiş və ya əsir götürülən 273 ukraynalı uşaq Azərbaycanda reabilitasiyadan keçib.
"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev mətbuat konfransında bildirib.
"Bu proqram Ukrayna və Azərbaycan arasında əməkdaşlığın və strateji tərəfdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır", - o deyib.
Qusev bir həftə əvvəl daha bir qrup ukraynalı uşağın istirahət və reabilitasiya üçün Azərbaycana gəldiyini və onlar üçün bu gün Pasxa bayramları münasibətilə "Gələcək naminə uşaqlar üçün. Ukrayna - Azərbaycan" xeyriyyə məqsədli bədii tədbir çərçivəsində xeyriyyə konsertinin təşkil olunduğunu bildirib.
Ukrayna səfirliyinin məlumatına görə, Rusiya-Ukrayna münaqişəsi zamanı valideynləri ölmüş və ya itkin düşmüş 29 uşaq hazırda Azərbaycanda reabilitasiya olunur.
Azərbaycan və Ukrayna arasında parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə qeyd edib ki, bugünkü tədbir iki ölkə arasında humanitar əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir.
"Hər kəsə məlum olduğu kimi, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və hər zaman Ukrayna xalqının yanındadır. Ümid edirik ki, müharibə tezliklə bitəcək, ukraynalı və azərbaycanlı uşaqlar gələcəkdə daha çox birgə tədbirlər keçirəcəklər", - o qeyd edib.
Hərbi əsirlərlə iş üzrə koordinasiya qərargahının nümayəndəsi və "Gələcəyin adamları" layihəsinin rəhbəri Viktoriya Tsımbalyuk bildirib ki, indiyədək "Gələcək naminə uşaqlar üçün" xeyriyyə aksiyasında 3 mindən çox ukraynalı uşaq iştirak edib.
"Bu layihə artıq dünyanın 20-yə yaxın ölkəsində həyata keçirilib. Layihə uşaqların sosiallaşması, dəstək, o cümlədən psixoloji dəstək, onların təhsili, həmçinin idman baxımından inkişafına yönəlib", - o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 727 Tarix: 20 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabr"Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi
Bakıda fəaliyyət göstərən "Meduza" adlı tütün mağazasında 42 min 763 manat dəyərində aksiz markası olmayan qəlyan tütünləri aşkarlanan sahibkar Quliyev Hüseyn Sabir oğluna hökm oxunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əndəmic kəndind
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabr