Bakıda "Range Rover" sürücüsü qadın təlimçinin olduğu maşına təpik atdı - ANBAAN GÖRÜNTÜLƏR
Bakıda qaydaları pozan sürücünün hərəkətləri anbaan kameraya düşüb.
Sonxeber.az xəbər verir ki, bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-a şikayət ünvanlayıb.
O bildirib ki, aprelin 20-də, paytaxtın Dərnəgül mübadilə məntəqəsinin yanında təlim keçən zaman qaydaları pozan sürücüyə irad bildirib və bundan sonra ona qarşı nalayiq hərəkətlər baş verib.
"77-XU-015 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü dayanma-durma qaydasını pozduğu üçün ona normal şəkildə irad bildirdim. O, "pulum var, cəriməsini ödəyəcəm" deyərək özünə haqq qazandırmağa başladı. Bundan sonra mən tələbə ilə dərsə davam etdim. Geriyə hərəkət manevrini öyrədən zaman həmin sürücü maşından düşərək mənim avtomobilimə təpik atdı və mənim ünvanıma nalayiq söyüş söydü. Bundan əsəbiləşərək avtomobildən düşdüm və həmin sürücüyə yenidən irad bildirdim. Bu zaman o, avtomobilinə əyləşərək yüksək sürətlə həmin ərazidən uzaqlaşdı" - deyə Arzu Babazadə bildirib.
Həmin görüntüləri təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1050 Tarix: 21 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərlotereya" ilə möhtəşəm əyləncə geri qayıdır!
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" bu yay yenidən rəngarəng və həyəcan dolu layihəsi ilə görüşünüzə gəlir. "Şans Karvanı 2" musiqi, əyləncə və hədiyyələrlə zəngin interaktiv yay kampaniyası olaraq bu il Bakıdan start götürür və ölkəni
10 iyunİş və şəxsi həyat balansını qorumaq üçün nə etmək lazımdır? - AÇIQLAMA
Müasir dövrdə sürətli iş tempi, yüksək gözləntilər və rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrilməsi iş və şəxsi həyat arasındakı sərhədləri getdikcə daha da zəiflədir. Bir çox insan iş yükünün təsiri ilə ailəsinə, dostlarına və özünə kifayət qədər vaxt ayıra bilmir. Mütəxəssislə
10 iyunBakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
Vüqar Bayramov: Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O qeyd edib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dai
11 iyun"Maxi.az" rəhbərinə "stop" qoyuldu - Milyonlarla borca görə..
Azərbaycanda distributor kimi fəaliyyətdə olan "İnteqral" Qapalı Səhmdar Cəmiyyəti ( ) rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub. XALQ xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, buna səbəb böyük elektronika və məişət texnikasının satış şəbəkələrindən olan " "ı
11 iyunGəmiyə hücumda həlak olan Fuad Orucov Xaçmazda dəfn edildi (FOTO)
Azov dənizində yük gəmilərinə dron hücumunda həlak olmuş Azərbaycan vətəndaşı, gəmi kapitanı Fuad Orucov dəfn edilib. APA-nın Şimal bürosunun məlumatına görə, Fuad Orucovun nəşi doğulduğu Xaçmaz rayonuna gətirilib. Mərhumla əvvəlcə yaşadığı evdə vida mərasimi keçirilib. Daha sonra Fuad Orucov doğulduğ
11 iyunKeçmiş köçkünü "Prior Leasing" MMC aldadıb
Kəlbəcər rayon sakini Elnur Babayev Bərdədə qarşılaşdığı vəziyyətlə bağlı şikayət məktubu ünvanlayıb. Şikayəti olduğu kimi təqdim edirik:. - Mən, Kəlbəcər rayon sakini Elnur Babayev, hazırda Bərdə rayonunda məskunlaşmışam və başıma gələn hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə orqanların
11 iyunPolis 13 iyunla bağlı valideynlərə MÜRACİƏT ETDİ
Baş Dövlət Yol Polisi İdarəsi "Son zəng" günü ilə əlaqədar məzunlara və valideynlərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Bildirilib ki, bəzi hallarda məzunlar və yeniyetmələr "Son zəng" günü valideynlərinə, qohumlarına və ya digər şəxslərə məxsus nəqliyyat vasitələrin
12 iyun6 gün leysan olacaq - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq v
11 iyun