"Prosedurdan sonra mənə dedilər ki, o həkim yox, bərbərdir"

"Prosedurdan sonra mənə dedilər ki, o həkim yox, bərbərdir"Bakıda qadın etdiyi estetik prosedurdan sonra üzünün pis vəziyyətə düşdüyünü deyir.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. "Qafqazinfo" həmin qadını taparaq problemi ilə maraqlanıb.

Çimnaz Nəhmədova saytımıza açıqlamasında bildirib ki, prosedur üçün "SG Estetik Mərkəzi"nin kosmetoloqu Əmrah Mehdiyevə "MayoMed" klinikasında müraciət edib. Qadının sözlərinə görə, adıçəkilən həkimin yanlış müalicəsi və uğursuz proseduru səhhətinə ziyan vurub: "Əslində, o həkimi 3 ildir, izləyirdim. Əl işlərini bəyənirdim, öz instaqram hesabında tək diqqətimi çəkən şərh bölməsini bağlı saxlaması olub. Ancaq aprelin 30-u dərialtı çapıqların təmizlənməsi prosedurunu etdirmək üçün yanına getdim. Ona ağrıya qarşı çox həssas olduğumu dedim. Ancaq həkim heç bir ağrının olmayacağını bildirərək prosesə başladı. Lakin mənim həmin anda vəziyyətim pisləşdi, prosedur yarımçıq qaldı. Bu prosesi etdikdən sonra tanışlarım dedi ki, o həkim yox, bərbərdir".

Şikayətçi, həmçinin qeyd edib ki, bu proses üçün həkimə ümumilikdə 1045 manat ödəniş edib: "Mənə əvvəl məbləği aşağı demişdi. Sonra dəyişdi, nəticədə 1045 manat ödəniş elədim. Hətta ödənişin kartına göndərilməsini istəyərək terminalın işləmədiyini bildirdi. Ödənişə dair qəbzlər məndə mövcuddur. Hazırda üzüm iltihablı və şişkindir, yaşayacağım belə bəlli deyil. Mən üzümü əvvəlki vəziyyətinə qaytarmaq üçün ödənişi geri tələb edirəm. Başqa insanlar da görməlidir ki, onların başına da bu hal gəlməsin".

Fotoda: Əmrah Mehdiyev

"Prosedurdan sonra mənə dedilər ki, o həkim yox, bərbərdir"İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Əmrah Mehdiyevlə əlaqə saxladıq. Kosmetoloq saytımıza açıqlamasında iddiaları təkzib edib: "Biz bu məsələni hüquqi müstəvidə həll edəcəyik. Həmin xanım klinikamızda iki dəfə olub. İlk dəfə gəldikdə biz onu uzaqlaşdırmışdıq. İkinci dəfə gəldi, indi də belə problemlə üzləşirik. Dedikləri əsassızdır və bu, sadəcə şər-böhtandır. Müalicənin isə dərhal effekt verməsi təbii ki, qeyri-mümkündür.

Otaqda kamera var. Onun dediklərini sübut kimi təqdim edə bilərik. Prosedura başlamazdan əvvəl ağrıya həssas olduğu üçün bütün tibbi hazırlığı gördük. Bərbər işləmək məsələsinə gəldikdə isə həmin peşə sahiblərinə hörmət edirəm. Ancaq mənim öz sənətim var, bu iddialarda heç bir əsas yoxdur".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, istənilən həkimdən şikayət edilməsi mexanizmi üçün şikayətçinin rəsmi müraciəti daxil olmalıdır: "Şikayətçi həmin klinika (həkimlə) ilə münasibətləri təsdiqedici sənədlərlə birgə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət edərək göndərməlidir. Yalnız bu halda işçi qrupu tərəfindən araşdırma aparılır və ehtiyac yarandıqda plandankənar yoxlama açılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1293   Tarix: 02 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr