AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir
Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişin məmnuniyyətini artırmaq məqsədilə yeni "AZAL Upgrade" proqramını tətbiq edib.
Sonxeber.az AZAL-a istinadən xəbər verir ki, ekonom sinif bileti alan sərnişinlər bu proqram çərçivəsində biletlərini premium ekonom və biznes sinfə yüksəltmək imkanı əldə edirlər.
"AZAL Upgrade" proqramından istifadə edərək qalib gələn sərnişinlər premium ekonom və biznes sinfə aid bütün imtiyazlardan yararlana bilərlər.
Xidmətdən yararlanmağın bir neçə üsulu var. Belə ki, ekonom sinif bileti alan sərnişinlər AZAL tərəfdən elektron poçt vasitəsilə uçuşlarından öncə "AZAL Upgrade" barədə məlumat alacaqlar. Sərnişinlər e-poçtda yer alan linkə daxil olaraq öz təkliflərini irəli sürə və xüsusi qiymətə premium ekonom və biznes sinif oturacaqlar əldə edə bilərlər. Eyni zamanda, sərnişinlər azal.az saytı və mobil tətbiqində "Rezervasiyanın İdarəolunması" bölməsindən və onlayn qeydiyyat ("check-in") bölməsindən "AZAL Upgrade" xidmətinə müraciət edə bilərlər.
Premium ekonom və biznes sinfə yüksəlmək imkanı uçuşdan 14 saat əvvələ qədər onlayn olaraq edilə bilər. Sərnişin təklif qiymətini irəli sürdükdən sonra ən geci uçuşuna 12 saat qalmışa qədər nəticələr barədə məlumat alacaq, yəni onun təklifi qəbul edilib edilmədiyi bildiriləcək.
Ödəniş yalnız təklif qəbul edildikdə həyata keçirilir. Bu xidmət üzrə ödənilən məbləğ geri qaytarılmır və dəyişdirilmir. Əgər təklif qəbul edilməzsə, heç bir əlavə ödəniş tutulmur.
Bundan savayı, əgər reysin yerinə yetirilməsi üçün təyin olunmuş təyyarə dəyişərsə və sözügedən təyyarədə biznes sinfi olmazsa, o zaman təkmilləşdirmə baş tutmur və ödənilən məbləğ sərnişinə tam şəkildə geri qaytarılır. Lakin yeni təyyarədə biznes sinif olduğu təqdirdə, o zaman müştəriyə bütün imtiyazlar təqdim olunur və heç bir dəyişiklik baş vermir.
Ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bakıda avtomobil gözəllik salonuna girdi