Vüqar Oruc: "Qiymətləndirmə fəaliyyətinin inkişafı istiqamətində zəruri addımlar atılacaq"
Azərbaycanda qiymətləndirmə fəaliyyətinin bundan sonra da inkişafı istiqamətində zəruri atılacaq addımlar var.
"Report" xəbər verir ki, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc cəmiyyətin VIII hesabat-seçki konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanda çox vaxt qiymətləndirici peşəsini bankda fəaliyyət göstərən işçilərin əlavəsi olaraq düşünürdülər: "Amma qiymətləndirici indi artıq mühüm, həlledici, arbitr mahiyyəti olan bir peşədir: "Bu gün istənilən yerdə alqı-satqı olduqda, müxtəlif təyinatlı proseslər, müxtəlif təyinatlı əqdlər imzalandıqda qiymətləndiricilərə ehtiyac var. Azərbaycan qanunverici orqanı müxtəlif qanunlar qəbul edib və həmin qanunlara dəyişikliklərlə qiymətləndiricilərin fəaliyyət istiqamətlərini artırıb".
Azərbaycan dövlətinin türk birliyi istiqamətində fəaliyyəti və siyasəti əsas prioritet elan etdiyini xatırladan V. Oruc cəmiyyət olaraq bu istiqamətdə mühüm addımlar atdıqlarını diqqətə çatdırıb: "2024-cü ilin mayında Azərbaycanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının 3-cü konfransı keçilib. Həmin konfransda rəhbərlik Azərbaycan qiymətləndiricilərinə həvalə olunub. Bu, mühüm bir uğurdur. Doğrudan da qiymətləndirmə fəaliyyətinin bundan sonra da inkişafı istiqamətində zəruri atılacaq addımlar var. Hesab edirəm ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bu addımların atılmasında fəal olacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 826 Tarix: 03 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr