Kreditlə maşın almaq istəyənlərin DİQQƏTİNƏ
2025-ci ilin birinci rübündə Azərbaycanda avtomobil kreditlərinin orta illik faiz dərəcəsi 12 faiz təşkil edib. Bu, ötən ilin sonundakı göstəricidən 2 faiz yüksəkdir.
Milli.Az bildirir ki, nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə, nağd satışlar xeyli azalıb və vətəndaşlar avtomobilləri daha çox kreditlə almağa üstünlük verirlər.
Bu dəyişiklik həmçinin taksi xidmətlərinin yenilənməsinə də təsir göstərir. Lakin kredit faizlərinin artması, yeni avtomobillərə olan tələbatı azalda bilər. Əgər ötən il ərzində banklar avtomobil kreditlərində ilkin ödənişi hibrid avtomobilləri üçün 20 faizdən qəbul edirdilərsə və illik faizlər təxminən 10 faizdən başlayırdısa, 2025-ci ilin əvvəlində bu rəqəm 12 faizə yüksəlib.
Eldəniz Cəfərov qeyd edib ki, yeni avtomobil almaq daha əlçatan olmayacaqsa və kredit şərtləri çətinləşirsə, bu, köhnə avtomobillərə tələbin artmasına səbəb ola bilər. Ekspertin sözlərinə görə, bank faizlərinin 2 faiz artımı ilə iş bitmir. Çünki alıcılar avtomobil kreditləri üçün müraciət etdikdə, bankların tələb etdiyi şərtlər də çətinləşib.
Yeni avtomobillərə olan tələbin azaldığı halda, köhnə avtomobillərə tələbin artması gözlənilir. Bu da öz növbəsində, köhnə avtomobillərin bazardakı qiymətlərinin müəyyən bir faizlə yüksəlməsinə səbəb ola bilər.
Ekspertin sözlərinə görə, 2 faizlik artım ilk baxışda kiçik görünə bilər, amma bazarda ciddi təsir yaratmaq potensialına malikdir. /"Xəzər Xəbər"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1281 Tarix: 03 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr