Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun?

Azərbaycanda nikahda rekord artım: Sevgi, qorxu, yoxsa qanun?Azərbaycanda qohum evlilikləri 2025-ci il iyulun 1-dən etibarən qadağan olunur. Ekspertlər uzun illərdən sonra nikah sayında qeydə alınan artımı həm də bu amillə əlaqələndirirlər.

Azərbaycanda uzun müddətdir ki, azalan nikah statistikası artmağa başlayıb. Son illər insanlar evlilik qərarını verməkdə çətinlik çəkir, nikahlar azalır, boşanmalar isə artırdı. Amma 2025-ci ilin ilk iki ayında bu neqativlik az da olsa dəyişməyə başlayıb. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7 741 nikah və 3 414 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə düşən nikahların sayı 4.0-dan 4.7-yə qədər artıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdı və əhalinin hər min nəfərinə düşən nikahların sayı 4.6-dan 4.0-a düşmüşdü.

Maraqlıdır, nikahların sayının artmasının səbəbi nədir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

"Ailə siyasətinin həyata keçirilməsi üçün müvafiq addımlar atılır"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin baş məsləhətçisi Səmra Əliyeva bildirib ki, Komitə səlahiyyətləri daxilində ailə siyasətinin həyata keçirilməsi üçün müvafiq addımlar atır: "Mütəmadi olaraq paytaxtda və bölgələrdə maarifləndirmə işləri həyata keçirilir, media ilə ciddi əməkdaşlıq edilir. Ailə dəyərlərinin, düzgün ailə münasibətlərinin təbliği ilə bağlı bir çox televiziya kanallarında Komitənin sifarişi ilə hazırlanan sosial çarxlar, ictimai nəqliyyatda elektron vəsaitlər nümayiş etdirilir. Həmçinin gənclər arasında ailənin və nikahın əhəmiyyətinin artırılması məqsədilə Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bütün növ təhsil müəssisələrində görüşlər keçirilir. Yeri gəlmişkən, Dövlət Komitəsi tərəfindən yeni və çox əhatəli bir layihəyə start veriləcək. Bu layihə də müvafiq dövlət qurumlarının əməkdaşlığı ilə keçiriləcək, 12 regionda təşviqat-təbliğat işlərini əhatə edəcək. Təbii ki, təkcə maarifləndirmə yetərli deyil. Paralel olaraq müvafiq qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi üçün mütəmadi təkliflər paketi tərəfimizdən hazırlanır".

Əsas olan rəqəmlər deyil

Qurum rəsmisi bildirir ki, ki, müsbət istiqamətdə cüzi bir artım da sevindiricidir. Amma əsas olan rəqəmlərin artması deyil, qurulan ailələrin, bağlanan nikahların dayanıqlı olmasıdır: "Əlbəttə ki, statistik göstəricilər hər zaman stabil qala bilməz. Biz mütəmadi olaraq istənilən sahədə rəqəmlərdə artım, bəzən isə azalma müşahidə edirik. Son illər nikahların sayında ciddi şəkildə azalma, boşanmaların sayında isə artım görünürdü".

Hələlik hüquqi qadağa yoxdur

Məlumdur ki, Azərbaycanda əmi, xala, bibi və dayı uşaqları arasında nikah bağlanması 2025-ci il iyulun 1-dən etibarən qadağan olunur. Nikahların qısa müddətdə artmasında bu qadağanın da təsiri danılmazdır. S.Əliyeva vurğulayır ki, bəzən insanlar bu qədər maarifləndirmə işinə baxmayaraq, problemin mahiyyətini dərk etmirlər. Onun sözlərinə görə, qanunun qüvvəyə minəcəyi tarixə qədər kimlərsə qohum nikahlarını tezləşdirə bilərlər: "Bir çox bəhanələr gətirirlər, qərarlarını əsaslandırmağa çalışırlar. Hətta ötən il bu qanun imzalandıqdan sonra bir müddət Dövlət Komitəsinin telefon nömrələri müraciətlərlə dolub daşırdı. Əhalinin qəbuletmə dərəcəsindən asılı olmayaraq, bu dəyişiklik effektiv nəticələr verəcək. İnsanlar qohum nikahlarının yaratdığı fəsadları anlamalıdırlar".

"Ertələnmiş qərarlar sindromu"

Adətən, insanlar həyati əhəmiyyət daşıyan planlarını yeni ilin başlanğıcında həyata keçirməyə fokuslanırlar. Çünki psixoloji olaraq, yeni ildən dəyişikliklər etməyin uğuruna daha çox inanırlar və ertələnmiş qərarlarını icra edirlər.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov deyir ki, uzun illərdir ki, cəmiyyətimizdə bir növ "ertələnmiş qərarlar sindromu" yaşanırdı: "Pandemiya, iqtisadi qeyri-müəyyənlik və regional gərginlik fonunda ailə qurmaq planları təxirə salınmışdı. İndi insanlarda şərait nisbətən sabitləşdikcə, daxili ehtiyaclar, xüsusilə təhlükəsizlik, sabitlik və mənsubiyyət hissi daha da güclənib. Nikah burada sadəcə hüquqi deyil, emosional sabitlik axtarışının da bir formasıdır. Psixoloji olaraq, davamlı təbliğat və ailə institutunun ideallaşdırılması insanlarda "yetkinliyin sübutu" kimi nikahı şüuraltı bir məqsədə çevirir. Xüsusilə sosial mediada "xoşbəxt cütlüklər", "romantik ailə həyatı" obrazlarının sıx paylaşılması identifikasiya effekti yaradır. İnsanlar gördükləri bu obrazlarla özlərini müqayisə etməyə başlayır və düşünürlər ki, bəlkə mənim də zamanım çatıb?! Bu isə tələsik və emosional qərarların sayını artıra bilər".

Psixoloq həyəcan təbili çalır

Psixoloq da təsdiqləyir ki, qohum evlilikləri sosial baxımdan qəbul olunan mühitlərdə yaşayan şəxslər bu qadağa qüvvəyə minməzdən əvvəl nikahı rəsmiləşdirməyə can ata bilərlər: "İnsanlar gələcəkdə qarşılaşacaqları hüquqi məhdudiyyəti hiss etdikdə, qərarvermə prosesini sürətləndirirlər. Bu, çox vaxt rasional yox, emosional və qorxuya əsaslanan qərar olur, müvəqqəti psixoloji təzyiq və qorxu reaksiyasıdır. Ailə qurmaq kənar təzyiq və ya qorxu ilə deyil, emosional hazırlıq və psixoloji yaşla tənzimlənməlidir. Əks halda, bu ani artım, bir neçə il sonra statistik olaraq boşanmalarla da özünü göstərə bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1041   Tarix: 04 may 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"

Zorlama ilə ittiham olunan Bəxtiyar Dalinin evindən görüntülər. qafqazinfo-ya istinadən xəbər verir ki, Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. O, özünəməxsus bağda bir qızı zorlamağa cəhd etməkdə ittiham olunur

3 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr