Qafqazda kazino biznesi necə inkişaf edir?
Gürcüstanda turizmin inkişafında ən böyük pay sahibi sahələrdən biri kazinolardır.
Sonxeber.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, iqtisadiyyatının əhəmiyyətli hissəsi məhz bu sektorun hesabına formalaşır.
Qumar turizmi baxımından xüsusilə önə çıxan bölgə Batumidir. "Kiçik Las-Veqas" kimi tanınan bu şəhərdə hazırda 67 kazino fəaliyyət göstərir. Paytaxt Tbilisidə isə 6 belə obyekt mövcuddur.
Gürcüstan Oyun Biznesi Assosiyasiyasının rəhbəri bildirib ki, ölkəyə mərc oyunları üçün əsasən Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Türkiyə vətəndaşları səfər edir:
"Xarici qonaqlar yalnız kazino deyil, eyni zamanda Gürcüstanın digər turizm imkanlarından da yararlanırlar. Bu isə ölkəmizin iqtisadi inkişafına böyük töhfə verir. Qumar turizminə gələnlər arasında azərbaycanlıların xüsusi çəkisi var".
Azərbaycandan da hər il yüzlərlə vətəndaş kazinolarda əylənmək məqsədilə Gürcüstana, Rusiyaya və digər ölkələrə səfər edir. Bu tendensiya təkcə fərdi maraq deyil, həm də böyük həcmdə vəsaitin xarici bazarlara axması anlamına gəlir.
Region ölkələri əyləncə və kazino turizmi vasitəsilə büdcələrinə milyonlarla gəlir əlavə etdiyi bir vaxtda, Azərbaycan bu sahədəki potensialından hələ də tam istifadə edə bilmir.
Mütəxəssislərin fikrincə, bu fəaliyyətlərin nəzarətli şəkildə leqallaşdırılması həm turizmin canlanmasına, həm də vergi daxilolmalarının artmasına, qeyri-rəsmi iqtisadiyyatın tənzimlənməsinə və maliyyə şəffaflığının təmininə xidmət edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 629 Tarix: 04 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabr17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr