Çiyələyin çürüməsinin qarşısını necə almaq olar? parça kifayət edir
Çiyələk mövsümündə piştaxtalar adeta rəng cümbüşünə çevrilir; lakin bu ləzzətli meyvə təravətini qorumaqda çox həssasdır. Aldıqdan bir neçə gün sonra yumşalmağa, qaralmağa və hətta kiflənməyə başlayan çiyələklər çox zaman tullantıya çevrilir. Halbuki sadə, lakin təsirli bir neçə üsulla çiyələklərin raf ömrünü uzatmaq mümkündür. Üstəlik bunun üçün sizə sadəcə mətbəxinizdə olan bir neçə təbii məhsul kifayətdir. Bəs çiyələkləri uzun müddət təzə saxlamağın sirləri nələrdir?
Lent.az bu üsulları sizə təqdim edir:
Sirkə ilə yumaq üsulu
Çiyələkləri birbaşa kran suyu ilə yumaq, bakteriya və kif sporlarını tam olaraq təmizləmir. Bunun yerinə təbii bir həll olan sirkəli-su qarışığını sınayın. 1 hissə ağ sirkə ilə 3 hissə suyu qarışdırın. Çiyələkləri bu qarışımda 3-5 dəqiqə saxlayın, sonra yaxşıca durulayıb kağız dəsmalla qurudun. Bu üsul çiyələyin səthindəki mikroorqanizmləri yox edərək tez xarab olmasının qarşısını alır.
1 parça kağız dəsmal
Çiyələkləri saxlayarkən ən böyük düşmən nəmdir. Artıq nəmlik kifin yaranmasını sürətləndirir. Buna görə saxladığınız qabın altına bir qat kağız dəsmal yayın, çiyələkləri zədələnməyəcək şəkildə tək qat olaraq yerləşdirin. Üstlərinə yenidən kağız dəsmal qoyaraq qat şəklində düzə bilərsiniz. Qabın qapağını bağlayın və soyuducuya qoyun. Bu üsulla çiyələklər 5-7 günə qədər təzə qala bilər.
Saplarını qopartmayın
Çiyələkləri yuduqdan sonra dərhal saplarını qoparmaq geniş yayılmış bir səhvdir. Saplar, meyvənin içindəki nəmin xaricə çıxmasına kömək edir. Buna görə də çiyələkləri yeyənə qədər sapları ilə birlikdə saxlamaq, onların təravətini qoruyur. Çiyələkləri birbaşa soyuducunun ən soyuq bölməsinə qoymaq əvəzinə, nəmin az olduğu tərəvəz gözündə saxlamaq daha uyğundur. Həmçinin çiyələkləri yuyulmamış və quru şəkildə saxlamaq, xarab olmanı gecikdirir. Yeyəcəyiniz zaman yumaq ən doğru üsuldur.
Şəffaf şüşə qabda saxlayın
Hava keçirməyən şüşə qabda, çiyələkləri yuyulmadan birbaşa saxlamaq da faydalı üsullardandır. Qapağını möhkəm bağlayın və soyuducunun tərəvəz hissəsinə yerləşdirin. Bu üsul xüsusilə qısa müddətli təravət üçün olduqca təsirlidir. Çiyələyin ömrünü uzatmaq üçün sizə lazım olan yalnız bir neçə təbii məhsul və düzgün saxlama üsuludur. Kimyəvi maddələrə ehtiyac duymadan, təbiətin təqdim etdiyi bu kiçik ipucları ilə meyvələrinizi israf etmədən istifadə edə bilər, dadlarını uzun müddət ilk günkü kimi qoruyub saxlaya bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4640 Tarix: 13 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabr"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrPensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda inzibati xətalara görə cərimələrin tətbiqi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bununla belə, bəzi hallarda şəxsin yaşı, hüquqi statusu, təqsirinin olub-olmaması və digər hallar inzibati məsuliyyətə cəlb edilməsinə təsir göstərə bilər. Eyni zamanda, qanuni əsaslarl
3 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabr