Bakıda zəhərli ilanlar çoxalıb: Təbiət qisas alır?

Bakıda zəhərli ilanlar çoxalıb: Təbiət qisas alır?Son günlər insanların məskunlaşdığı ərazilərdə, xüsusilə Bakıda və Abşeron yarımadasında ilanlara tez-tez rast gəlinir. Sözügedən situasiya ilə bağlı yayımlanan videoların sayı artıb. Evlərin həyətində, küçələrdə, mənzillərdə, hətta avtomobillərdə görünən bu canlılar bir çoxlarını təşvişə salıblar.

Bəs görəsən, ilanlar niyə yaşayış məskənlərinə doğru hərəkət edirlər? Havaların isinməsi bu artımın yeganə səbəbidir, yoxsa məsələ daha dərindir?

Mövzu ilə bağlı Oxu.Az-a danışan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Zoologiya İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Təvəkkül İsgəndərov qeyd edib ki, ilanlar, adətən, aprelin sonu, mayın əvvəllərində qış yuxusundan oyanaraq qidalanmaq, cütləşmək və nəsil artırmaq məqsədilə yaşadıqları yerləri tərk edirlər:

"Məhz bu dövrdə onların aktivliyi artır. İnsanların ilanlarla daha tez-tez rastlaşmasının səbəbi də budur. İlanlar vətəndaşların yaşayış yerlərinə hücum etmirlər, sadəcə, yem axtarışında bu ərazilərdən keçirlər. Təbii yaşayış mühitlərinin daralması və urbanizasiya nəticəsində onların alternativ sahələrə, o cümlədən, insanların məskunlaşdığı yerlərə üz tutması qaçılmazdır".

Təvəkkül İsgəndərov bildirib ki, bəzən şəhər mərkəzində ilanlara rast gəlinməsi təəccüblü görünsə də, bu, onların həmin ərazilərdə daimi yaşaması anlamına gəlmir:

"İlanlar üçün şəhərin mərkəzi əlverişli deyil. Orada onların gizlənə biləcəyi daşlı-kəsəkli sahələr, qidalandıqları gəmiricilər, qurbağalar və digər canlılar yoxdur. Bu səbəbdən həmin ərazilərdə daimi yaşamaq mümkün deyil. Belə hallarda ilanlar təsadüfən - məsələn, şəhərə daş, qum və digər tikinti materiallarının daşınması zamanı avtomobillərin altında gizlənmiş halda gətirilə bilərlər".

Alimin sözlərinə görə, Azərbaycanda, xüsusilə Abşeron yarımadasında yayılmış "Levant gürzəsi" adlı ilan zəhərli növlərdən biridir və insan həyatı üçün təhlükə yarada bilər. Bu ilan torpaq rəngində, qalın bədənli və qısa quyruqlu olur. Onun sancması əzələ qatına, xüsusilə arteriyalara təsadüf etdikdə ciddi tibbi fəsadlara, hətta ölümə səbəb ola bilər:

"Əgər zəhərli dişi ilanın sancması bədənin iri damarlarına təsadüf edərsə, zəhər sürətlə ürək, beyin və digər həyati orqanlara çata bilər. Belə hallarda ölüm riski 15-20 dəqiqə ərzində ortaya çıxır. Zəhərli ilan sancması zamanı dərhal tibbi yardıma müraciət olunmalıdır. Zərdabın tətbiqi həyatqurtarıcıdır".

Mütəxəssis ilan sancması zamanı görülməli olan ilkin tədbirləri də izah edib:

"Panikaya düşməmək və hərəkəti məhdudlaşdırmaq vacibdir, çünki sürətli hərəkət zəhərin daha tez yayılmasına səbəb olur. Sancma nahiyəsi bir qədər yuxarıdan yumşaq sarğı ilə bağlanmalıdır. Lakin bu sarğı müəyyən fasilələrlə açılıb yenidən bağlanmalıdır ki, qan dövranı tam dayanmasın.

Sancma yerini kəsmək, dağlamaq və ya isti ilə müdaxilə etmək olmaz - bu üsullar daha çox zərər verir. Əgər ağız boşluğunda yara yoxdursa, zəhəri ilk saniyələrdə sorub tüpürmək mümkündür, lakin bu üsul təhlükəli ola bilər və ehtiyatla yanaşmaq lazımdır.

Mümkün qədər çoxlu maye qəbul edilməlidir ki, böyrəklər zəhəri tez bir zamanda orqanizmdən xaric etsin. Əgər evdə zərdab varsa və ixtisaslı biri tərəfindən tətbiq edilə bilirsə, əzələyə vurulması tibbi yardıma qədər vaxt qazandıra bilər".

Mütəxəssis əlavə edib ki, ən vacib məsələ - zəhərli və ya zəhərsiz olmasından asılı olmayaraq, hər bir ilan sancmasını potensial təhlükə kimi qəbul edib, dərhal həkimə müraciət etməkdir.

Tibb üzrə elmlər doktoru, səhiyyə eksperti Adil Qeybulla Oxu.Az-a açıqlamasında ilanların insanların yaşayış məskənlərində çoxalmasının arxasında insanın təbiətə olan münasibətinin dayandığını bildirib:

"İlanlar da təbiətin bir parçasıdır və onların da yaşamaq haqqı var. Amma insanların bu canlıları sıxışdırması, onların təbii mühitini məhv etməsi nəticəsində ilanlar yaşayış məntəqələrinə gəlmək məcburiyyətində qalırlar".

Onun sözlərinə görə, Abşeron yarımadasında heyvanların yaşaması üçün, demək olar ki, heç bir xüsusi ərazi ayrılmayıb:

"İnsanlar hər yeri zəbt ediblər. Elə bilirlər ki, yalnız özləri yaşamalıdırlar, digər canlılara yer yoxdur. Amma təbiəti bu şəkildə sıxışdırmaq sonda insanlara ciddi problemlər yaradır. Çünki həmin flora və faunada olan müxtəlif virus və mikroorqanizmlər zamanla insana ötürülərək yeni xəstəliklərin yaranmasına səbəb olur".

Adil Qeybullanın fikrincə, bu cür proseslərin nəticəsi kimi pandemiyalar da ortaya çıxa bilər:

"Koronavirus pandemiyasının da kökündə təbiətlə insan arasında pozulmuş balans dayanır. Təbiətlə konfliktlər bu kimi qlobal bəlaların yaranmasına zəmin yaradır".

Ekspert, eyni zamanda, ilan sancmaları ilə bağlı da vacib tövsiyələr verib:

"Panikaya düşmək olmaz; qaçmaq və kəskin hərəkətlər zəhərin sürətlə yayılmasına səbəb olur. Sakit qalmaq və tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatmaq vacibdir.

İmkan daxilində zərdab (antidot) vurulmalıdır. Azərbaycanda bunun üçün xüsusi mərkəzlər mövcuddur. İlan sancan nahiyəni yuxarıdan bağlamaq zəhərin yayılmasının qarşısını almağa kömək edir. Lakin bu bağlama iki saatdan artıq olmamalıdır; əks halda qan dövranı pozula bilər. Zərdab nə qədər tez tətbiq olunarsa, sağ qalma ehtimalı da bir o qədər yüksək olar".

"Təbiətə hörmət etməliyik. Hər canlıya yaşamaq haqqı tanımalı, onların məskunlaşma ərazilərini qorumağa çalışmalıyıq. Əks halda daha ağır nəticələrlə üzləşə bilərik", - deyə ekspert fikirlərini tamamlayıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1994   Tarix: 07 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr