Müavinət və təqaüdlər nə vaxtdan artırılacaq? - AÇIQLAMA

Müavinət və təqaüdlər nə vaxtdan artırılacaq? - AÇIQLAMABir sıra təqaüt və müavinətlərin artırılması gözlənilir. Belə ki, Prezident İlham Əliyevin ötən il imzaladığı əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında sərəncamda nazirlər kabinetinə sosial müavinətlərin və təqaütlərin məbləğinin artırılması ilə bağlı təkliflərin 3 ay müddətinə hazırlanıb təqdim edilməsi tapşırılmışdır. Bu müddət mart ayının 23-də başa çatıb. Bəs, bu artımların nə vaxt həyata keçiriləcəyi və təxmini nə qədər artacaq? Dövlət büdcəsinin imkanları və ümumi iqtisadi vəziyyət nəzərə alınaraq, bu artımların yaxın zamanlarda baş verməsi nə dərəcədə realdır?

Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Toğrul Vəliyev danışıb.

Müavinət və təqaüdlər nə vaxtdan artırılacaq? - AÇIQLAMAO, açıqlamasında qeyd edib ki, sərəncamın imzalanması və onun yerinə yetirilməsi arasında olan müddətə gəldikdə, qeyd olunan 3 ay rəsmi olaraq daha çox müvafiq planların hazırlanması üçün nəzərdə tutulub:

"Onun reallaşması bir sıra digər amillərdən asılıdır. Adətən bizdə müvafiq dəyişikliklərin irəli sürülməsi üçün dövlət büdcəsində dəyişiklik edilməlidir (əvvəlcədən müvafiq xərclər ya nəzərdə tutulmur, ya da maliyyələşmə mənbəyi müəyyən edilmir). Bununla belə, hər il yay aylarında dövlət büdcəsinə dəyişikliklər edilir. Təxmin edə bilərik ki, məhz bu yaxınlarda dövlət büdcəsində dəyişiklik ediləcək və ondan sonra (iyul-avqust aylarında) müvafiq artım haqqında qərar veriləcək (ehtimal etmək olar ki, sentyabr ayına da təyin oluna bilər). Düzdür, bəzən müvafiq qərar verilir və yalnız sonradan dövlət büdcəsinə dəyişiklik edilir.

Artımın nə qədər olacağına gəldikdə isə bunu demək çətindir, demək olar ki, mümkün deyil. Bu işdə bizdə hər hansı sistemli yanaşma yoxdur. Yəni müvafiq qərar hökumətin "ehtiyac" hiss etdiyi dövrdə verilir. Reallıqda sosial müavinətlər və təqaüdlər müəyyən mexanizm ilə tənzimlənməlidir. Ən yaxşısı buna dair müvafiq qanunun olması olardı və bu qanuna görə müəyyən dövrlərdə (altı ay və ya bir il) sosial ödənişlərin həcmi indeksləşdirilərdi. Təəssüf ki, bizdə belə bir mexanizm yoxdur və nəticədə biz nə artımın vaxtı (sosial müavinətlərə aid olan), nə də həcmi haqqında dəqiq ehtimallar irəli sürə bilmirik".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3246   Tarix: 11 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda dörd nəfərin öldüyü obyektin yaxınlığındakı klub və restoranların icarədarları cəzalandırıldılar - Video

Səbail rayonunda sakinlərin narahatlığına səbəb olan məişət səs-küyü ilə bağlı polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. -ın əldə etdiyi məlumata görə, adıçəkilən iaşə obyektlərində araşdırma aparılıb. Araşdırma zamanı ictimai asayişin, eləcə də ətraf ərazidə yaşayan sakinlərin dincliyini

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq

Milli Məclis küləkli hava şəraitində işçilərin yeni qaydalarla işlədilməsi haqda tənzimləməni üçüncü oxunuşda qəbul edib. xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, işçilər küləkli havada açı

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr