Məktəblərdə telefondan istifadə necə məhdudlaşdırıla bilər?
İstər ibtidai, istərsə də yuxarı siniflərdə təhsil alan uşaqların böyük əksəriyyəti smartfonlardan istifadə edirlər.
Bəzi valideynlər övladlarından istədikləri vaxt xəbər tutmaq üçün onların məktəbə telefon aparmalı olduğunu düşünürlər. Şagirdlər isə dərsə qulaq asmaq əvəzinə telefonda müxtəlif oyunlar oynayır, sosial şəbəkələrdən istifadə edirlər.
Çox vaxt məktəbdə baş verən ən kiçik hadisələri belə dərhal çəkərək sosial şəbəkələrdə paylaşırlar. Maraqlıdır, bəs təhsil müəssisələrində telefonlardan istifadəni necə məhdudlaşdırmaq olar?
Təhsil eksperti Kamran Əsədov məktəblərdə şagirdlərə ağıllı cihazlardan istifadəni qadağan etməyi təklif edib:
"Mövcud qanunvericilik məktəblərin girişində şagirdlərdən mobil telefonlar və ağıllı cihazların toplanmasına imkan verir. Fransada və ABŞ-nin bəzi ştatlarında şagirdlərin mobil telefon və köməkçi vasitələrdən istifadəsi qadağan edilib. Birmənalı şəkildə biz də bunu tətbiq etməliyik. Hesab edirəm ki, məktəblərin girişində xüsusi şkaflar qurulmalı və hər kəs mobil telefonunu ora qoymalıdır".
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. Sakinlərdən biri belə deyib:
"Valideyn və müəllim icazə verir, şagirdlər də istifadə edirlər. Ona görə də dərsdən yayınır, diqqətləri dağılır, oxuya bilmirlər". Başqa bir sakin isə fikrini bu sözlərlə ifadə edib: "Mən övladıma orta məktəbi bitirənə qədər telefon almamışam. Amma indiki gənc valideynlər uşaqlara erkən yaşda telefon verirlər".
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi