Azərbaycanda sabiq məmur daha bir şirkət təsis etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin sabiq müşaviri Şahin İbadov daha bir şirkət təsis edərək biznesinin əhatə dairəsini genişləndirib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, onun rəhbərlik etdiyi "Kliniken Allianz" şirkəti bir müddət əvvəl dövlət qeydiyyatına alınıb.
Ş.İbadovun qanuni təmsilçiliyi ilə təsis edilmiş yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 46B-dir. Bu ünvanda həmçinin Ş.İbadova məxsus "Siracoglu" MMC-nin tərkibində olan "BİÇER Luxury İnteriors" mağazası fəaliyyət göstərir. Mağazada Türkiyənin lüks brendlərindən olan mebellər satılır.
"Siracoglu" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, hüquqi ünvanı Fatmayı qəsəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi isə Ş.İbadovun oğlu Namiq İbadzadədir
Qeyd edək ki, Ş.İbadov həm də hazırda ləğv prosesində olan Bakı Tikinti Konstruksiya Qapalı Səhmdar Cəmiyyətinin (QSC) faktiki sahibidir və şirkətin 98,66 faiz səhmləri ona və ailəsinə məxsusdur. 2018-ci ildə dövlət qeydiyyatına alınan "Trans Tikinti" MMC-nin hazırda rəsmi olaraq qanuni təmsilçisi Ş.İbadovun oğlu Namiq İbadzadədir. N.İbadzadə bu şirkətin 100 faizlik səhmlərinə sahibdir.
Ş.İbadov həm də 2018-ci ildə dövlət qeydiyyatına alınmış "Sirac 2017" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir. Bu kommersiya təşkilatının hüquqi ünvanı isə Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi ev 2, mənzil 76-da yerləşir.
Xatırlıadaq ki, İbadov Şahin Siracoğlu uzun illər AAYDA-da yüksək vəzifələrdə çalışıb. O, əvvəllər Şəki və Oğuz Yol Tikinti İstismarı İdarəsinin rəisi, Bakı 4 saylı Yol Tikinti İdarəsinin rəisi, "AzərAvtoyol Təchizat İdarəsi"nin rəisi, "Azəravtoyol" sədrinin məsləhətçisi, AAYDA-nın Nəqliyyat Departamentinin rəisi və sonuncu dəfə isə AAYDA sədri Saleh Məmmədovun müşaviri vəzifəsində çalışıb. 2023-cü ilin yanvarında isə onun vəzifədən azad edildiyi barədə məlumatlar dərc olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi