Azərbaycanda heyvanların sağlamlığını izləyən "ağıllı tasma" yaradılıb
Azərbaycanda heyvanların sağlamlığını izləyən "ağıllı tasma" məhsulu hazırlanıb.
Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.
O, qeyd edib ki, bu yaxınlarda Zəngilanın Ağalı kəndində "bootcamp" təşkil edilib: "Bu "bootcamp"ların əsas məqsədi Azərbaycanın aparıcı universitetlərində süni intellekt, kompyuter mühəndisliyi, mekatronika kimi ixtisaslarda təhsil alan tələbələri aqrar sahədə fəaliyyət göstərən iri aqroparklarla bir araya gətirməkdir. Çünki bizim aqroparklar müasir texnologiyalardan istifadə etsələr də, çox vaxt tələbələrimizin bu sahədə maraqlı və praktik həllər üzərində işlədiyindən xəbərsiz olurlar. Bu tələbələrin həllərinin tanıdılması və təqdim edilməsi üçün belə tədbirlər təşkil edilir. Beləliklə, gənclər, universitetlər və innovativ ideyalar bir araya gəlir".
"Artıq bir neçə uğurlu layihənin şahidi olmuşuq. Məsələn, "ağıllı tasma" layihəsini qeyd edə bilərəm. Bu layihəni Zaqataladan olan bir startapçı hazırlayıb, iribuynuzlu heyvanların boynuna taxıla bilən qurğudur. Bu cihaz heyvanın nəbzini, stress səviyyəsini, bədəndəki dəyişiklikləri qeydə alaraq mərkəzə ötürür. Eyni zamanda, heyvanlar vəhşi heyvanlarla qarşılaşdıqda xüsusi səslər çıxarır və bu səslər sayəsində vəhşi heyvanlar uzaqlaşır. "Dost Aqropark"da analoji cihazlardan istifadə edilir. Onların istifadə etdikləri cihazlar Polşa və Türkiyə istehsalıdır. Lakin yerli istehsal olan bu cihaz onlarda maraq yaratdı".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 618 Tarix: 21 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr