Qlobal bazara Azərbaycan məhsulları: ABŞ-yə yumurta, Çinə toyuq ayağı

Qlobal bazara Azərbaycan məhsulları: ABŞ-yə yumurta, Çinə toyuq ayağıAzərbaycan Çinə toyuq ayaqları ixrac edəcək. Belə ki, Azərbaycandan Çinə toyuq ayaqları məhsulunun idxalına icazə alınıb. Bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib. O qeyd edib ki, məhsulların Çin bazarlarına idxalı üçün xüsusi icazələr lazımdır. "Bu prosedurları Çin tərəfindən aidiyyəti qurumlar təsdiq etməlidir. Potensialları müəyyənləşdirilən məhsulların siyahısı çıxarılır və AQTA tərəfindən müraciət olunur. Hazırda icazəsi olan toyuq ayaqları məhsullarıdır. Bu, Çində böyük idxal potensialı olan bir məhsuldur. Artıq toyuq ayaqlarının ixracına Çindən icazə alınıb".

Nəzərə alaq ki, bir müddət əvvəl də ABŞ-yə yumurta ixrac etməyə başlamışıq. İndi isə Çinə toyuq ayağı ixrac edəcəyik. Bunları Azərbaycan quşçuluq sənayesinin uğuru kimi qiymətləndirmək olarmı? Bu sahədəki potensialımız nə qədərdir?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"Bu il otuz milyon yumurta ixrac etmişik"

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənlinin sözlərinə görə, quşçuluq ölkəmizdə ən dinamik inkişaf edən sahələrdəndir: "Bunun əsas səbəblərindən biri hər zaman bu sahəyə diqqət və dəstəyin göstərilməsidir. Dünyada ən ucuz süfrə yumurtası satılan ölkələr arasında ilk beşlikdəyik. Toyuq əti ilə bağlı da regionda ən ucuz ölkəyik. Keçən il süfrə yumurtası ixracımız 100 milyon ədədin üzərində idi. O dövrdə Rusiya və Yaxın Şərq ölkələrinə satış edirdik. Bu il isə Yaxın Şərq ölkələrinə və ABŞ-yə yumurta ixrac etdik. Bu ilin altı ayı ərzində 30 milyondan çox yumurta ixrac etmişik. İl sonuna kimi də ixrac davam edəcək".

"Bir sıra ölkələrlə danışıqlar aparılır"

M.Həsənli bildirib ki, gələcək illərdə quşçuluq sənayesi məhsullarının ixracını daha da artıra biləcəyik: "Ölkəmiz dünyada quş qripindən azad zona elan edilib. Bundan sonra digər dünya dövlətlərinin məhsullarımıza marağı artıb. Hazırda Afrika ölkələri - Sudan, Somali və digər bazarlarla da əlaqələr yaratmışıq. Sənədləşmə işləri gedir. Avropa ölkələrindən İtaliya və Polşada ət satışı ilə bağlı sənədləşmə işləri aparırıq. Yaxın gələcəkdə oraya həm toyuq əti, həm də yumurta ixrac edəcəyik. Hansı ölkələrdə məhsulumuza tələbat varsa, həmin ölkələrə satış axınımız olur. Məsələn, keçən il Rusiyada yumurta qıtlığı yarandığı üçün daha çox oraya ixrac etdik. Bu il ABŞ quş qripi xəstəliyi yaşadığından yumurta istehsalı azaldı. O səbəbdən oraya yumurta ixrac etməyə başladıq".

Sədr Çinə toyuq ayağı ixracımızdan da danışdı: "Çinə təkcə toyuq ayağı deyil, gələcəkdə toyuq əti ixracımız üçün də sənədləşmə işləri aparırıq. Toyuq ayağı ixracı üçün Çin tərəfindən icazə verilib. Hazırda akkreditasiya işləri gedir. Yaxın bir-iki həftə ərzində sənədləşmə bitdikdən sonra ixraca başlayacağıq. Bu, bizim üçün yeni bazardır. Hazırda ölkəmizdə gündəlik 300-350 min ədəd toyuq kəsilir. Həmin toyuqların ayaqları göndəriləcək".

"Çinlə birbaşa öz bazarımız yaranacaq"

M.Həsənlinin sözlərinə görə, əvvəl Çinə bu məhsulu başqa ölkələrdən göndərirdik, hazırda özümüz ixrac edəcəyik: "Bu məhsulu çox ucuz qiymətə satırdıq. Rusiya, Vyetnam üzərindən Çinə göndərirdik. Bu zaman həmin ölkələrin məhsulu hesab olunurdu. Hazırda isə Çinlə birbaşa öz bazarımız yaranacaq. Çinin bizim quşçuluq bazarına açılması gələcək üçün həm ixrac potensialımızın, həm də istehsalımızın genişlənməsində böyük təkan olacaq".

"Məhsulumuz rəqabətqabiliyyətli olmalıdır"

İqtisadçı Pərviz Heydərov da düşünür ki, bazarlarımız genişləndikcə, iqtisadiyyatımız güclənəcək: "Əgər Çin bazarına açılmaq kimi imkan yaranıbsa, fərqi yoxdur hansı məhsul satılacaq. Bu, ölkəmiz üçün çox böyük uğur hesab oluna bilər. Çünki bu, sahənin inkişafına böyük töhfə verəcək. Bu, ölkəmizə əlavə valyuta gəliri deməkdir. Həmin valyuta ilə bu sahəyə investisiya da cəlb edə bilərik".

P.Heydərovun sözlərinə görə, bu sahənin ixrac potensialını artırmaqla yerli istehsalın da böyüməsinə nail ola bilərik: "Yerli istehsalı inkişaf etdirmək üçün dövlət dəstəyi çox önəmlidir. Xarici bazarlara çıxmaq imkanlarına malik olmalıyıq. Yerli məhsullarımız Avropa, Asiya, yaxın qonşu ölkələrə ixrac olunmalıdır. Yaxın Şərq ölkələri çox yaxşı bazardır. Filippin, Vyetnam kimi ölkələrə də ixrac potensialımız mövcuddur. Bunun üçün məhsulumuz rəqabətqabiliyyətli, keyfiyyətli olmalıdır. Xarici bazarları öyrənməliyik".

Daxili bazara da müsbət təsir edəcək

İqtisadçının fikrincə, digər ölkələrlə də belə razılaşmalar əldə etməliyik: "Bu, qarşımıza qoyduğumuz hədəf olmalıdır. Yalnız bundan sonra yerli istehsalı inkişaf etdirə bilərik. Çünki təkcə həmin sahəyə valyuta ayrılması ilə, dövlət proqramları təşkil etməklə tam inkişafa nail olmaq mümkün deyil. Stimullaşdırıcı amil bu cür kanalların artırılmasıdır. Yalnız kanallarımızı genişləndirməklə, müxtəlif məhsullar ixrac etməklə yerli istehsalın inkişafına nail olacağıq. Yerli istehsal artdıqca, daxili bazarda da öz məhsullarımız çoxluq təşkil edəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 774   Tarix: 22 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi ərazilərdə 40 dərəcə isti olacaq: Həftənin ilk iş gününün HAVASI

İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27 isti

26 iyul
.

Azər Əmirov: "Əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir"

Hazırkı mərhələdə əmanətlərin sığortalanması sistemində kəskin dəyişikliklər gözlənilmir. "Report"un Şamaxıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlı

26 iyul
.

Binəqədidəki yanğın məhdudlaşdırıldı - Video - Yenilənib

Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib. xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətind

27 iyul
.

Güclü külək nəticəsində xəsarət alanların sayı artdı - Yenilənib

Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisə nəticəsində iki nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, güclü küləyin təsiri nəticəsində aşan ağacın altında qalan 27.11.1961-ci il təvəllüdlü qadın və 20.10.1998-ci təvəllüdlü kişi Səhiyyə Nazirliyini

27 iyul
.

Küləkli hava nə vaxta qədər davam edəcək?

Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, küləyin maksimal sürəti narıncı xəbərdarlığa uyğun olaraq arabir 28 m/s-dək çatır. Dənizdə dalğanın hündürlüyü 2.8 metrdir. Qurumun məlumatına görə, küləkli hava şəraiti saba

27 iyul
.

"Ağız qoxusunun əsas səbəbi həmişə mədə deyil" - AÇIQLAMA

"Ağızdan gələn xoşagəlməz qoxu (halitoz) əksər hallarda düşünüldüyü kimi mədə problemlərindən deyil, ağız boşluğunda baş verən proseslərdən qaynaqlanır". Bunu -a Tibb üzrə fəlsəfə doktoru, həkim Ramin Qasımov danışıb. O, açıqlamasında qeyd edib ki, ağız qoxusunun yaranmasının əsas səbəbi ağı

27 iyul
.

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub

Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub. xəbər verir ki, bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib. "Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də süni tənəffüs aparatına qoşulub", - deyə köməkçisi bildirib

26 iyul
.

2 nəfəri cərəyan vurub öldürdü

Azərbaycanda iki nəfəri cərəyan vuraraq öldürüb. "Qafqazinfo" xəbər verir ki, dünən Astara rayonu Kijəbə qəsəbə sakini, 36 yaşlı Babək Meybəli Baxşıyev kəndin ərazisində elektrik dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Bundan başqa, Xaçmaz rayonu, Xudat kən

27 iyul
.

Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur

Bakının müxtəlif ərazilərində mikromobillik imkanlarının artırılması məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi zolaqlar və parklanma sahələri yaradılıb. xəbər verir ki, lakin bəzi istifadəçilər skuterləri nəzərdə tutulan dayanacaq yerlərində saxlamaq əvəzinə, onları səkilərdə, yol kənarlarınd

25 iyul