16 yaşlı Nəzrini qaçıran axund danışdı: "Ona dedim ki, səbirli ol, amma dözə bilmirdi"
Mən o xanıma dəfələrlə dedim ki, 18–19 yaşını gözlə. Səbirli ol. Çünki biz qanuna tabe olan din insanlarıyıq. Xanım isə israrla dedi ki, ailəsi ona zülm verir". Musavat.com xəbər verir ki, bunu Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu, 16 yaşlı Nəzrin Babayevanı qaçırmaqda ittiham olunan Turab Tahirov deyib. O bildirib ki, 16 yaşlı qız ailəsi tərəfindən işgəncə gördüyü üçün onu qaçırıb: "Dedi ki, ailəsi onu döyüb, zülm verir və artıq dözə bilmir. Onun 17 yaşı olmasına bir ay yarım qalıb. Mənim 36 yaşım var. Qızın atası haqqımda yalan məlumatlar yayır".
Qeyd edək ki, Nəzrin Babayeva "TikTok" sosial şəbəkəsindən etdiyi çıxışda zorla qaçırılmadığını deyib.
O, axund Tahirov Turab Əliqan oğlu ilə könüllü qaçdığını, xoşbəxt olduğunu bildirib.
Nəzrin Turab Tahirovun "TikTok" səhifəsindən etdiyi paylaşımda qeyd edib ki, ailəsinin ona etdiyi əziyyətdən, işgəncədən bezərək, bir müddətdir sevgi münasibətində olduğu Turab Tahirovla birlikdə qaçıb.
Nəzrin atasının səsləndirdiyi fikirlərin həqiqət olmadığını deyib. Bildirib ki, Turab ona elçi gəlsə də, atası razı olmayıb. Səbəb kimi Turabın bir dəfə boşanmasını göstəriblər.
Xatırladaq ki, qızın atası Emin Babayev dünən Musavat.com-a açıqlamasında qızının zorla qaçırıldığını demişdi. Emin Babayev qızının 16 yaşı olduğunu, Nəzrin isə 17 yaşı olduğunu deyir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1330 Tarix: 22 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr