Quru sərhədlər niyə bağlıdır? - Geosiyasi təlatümlərə qarşı strateji qərar

Quru sərhədlər niyə bağlıdır? - Geosiyasi təlatümlərə qarşı strateji qərarİsrail və İran arasında yaşanan hərbi qarşıdurma Azərbaycanın quru sərhədlərinin bağlı qalması məsələsini yenidən gündəmə gətirib. Hətta əvvəllər sərhədlərin bağlı saxlanılmasına narazılıq edənlər belə indi bu addımın doğru olduğunu təsdiqləyir və Azərbaycan hökumətinin bu yöndə yürütdüyü siyasəti təqdir edir.

İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarına ABŞ-nin də qoşulması və İranın İsrailə cavab zərbələri endirməsi bölgədə gərginliyin hələ uzun müddət davam edəcəyini göstərir. Bu isə həm də qonşuluqda yerləşən Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yaradır.

Bu mənada quru sərhədlərin bağlı saxlanılması Azərbaycanın milli maraqlarının qorunması baxımından strateji əhəmiyyət kəsb edir. Bütövlükdə regionda baş verən geosiyasi təlatümlər hələ 5 il əvvəl pandemiyanın yayılması ilə bağlı qəbul edilmiş bu qərarın indiyədək qüvvədə olmasının nə qədər düşünülmüş və strateji baxımdan əsaslandırılmış olduğunu göstərir.

Azərbaycanın Şimal və Cənub qonşuları hazırda hərbi qarşıdurma və gərginlik içərisindədir. Qonşu ölkələrə endirilən hava hücumları, dron zərbələri, nüvə obyektlərinin hədəfə alınması bundan da ciddi regional təlatümlərə səbəb ola bilər.

Bu baxımdan sərhədlərin açılması kütləvi miqrant axınına, ictimai-siyasi sabitliyin və sosial-iqtisadi tarazlığın pozulmasına yol aça bilərdi.

Bununla yanaşı, sərhədlərin bağlı olması qeyri-sabit qonşu ölkələrdən müxtəlif təxribatların, radikal qrupların və kəşfiyyat şəbəkələrinin ölkəyə sızmasının qarşısını alır, ideoloji təsir risklərini minimuma endirir. Həmçinin, sərhəd bölgələrində yaşayan əhalinin təhlükəsizliyini və sosial sabitliyini təmin edir.

İşğalçı Ermənistanla müharibə vəziyyətindən yenicə çıxmış və hələ də müəyyən təhdidlərlə üz-üzə olan Azərbaycan üçün bunun nə qədər vacib olduğu demək çətin deyil.

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bu mövzuya toxunaraq bildirib ki, Azərbaycanın daxili sabitliyi və ictimai təhlükəsizliyi hər şeydən önəmlidir və sərhəd məsələsində qərar verilərkən məhz bu prioritetlər əsas götürülüb:

"Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda". (Aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumdakı çıxışından).

Lakin bu, o demək deyil ki, Azərbaycan qonşu ölkələrdə yaranan böhranlı humanitar vəziyyətdən naraharlıq keçirmir. Həmişə olduğu kimi rəsmi Bakı bu dəfə də humanitar məsələlərə qarşı xüsusi həssaslıq göstərir və prosesin önündə gedir. Elə bu günlərdə İrandan xarici ölkə vətəndaşlarının məhz Azərbaycan üzərindən öz ölkələrinə evakuasiya edilməsi də fikrimizin əyani sübutudur.(report.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1731   Tarix: 22 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr