Məhərrəm ayı nə vaxt başlayır? - QMİ fətva verdi

Məhərrəm ayı nə vaxt başlayır? - QMİ fətva verdiQafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlaması ilə bağlı fətva verib.

Sonxeber.az xəbər verir ki, QMİ-nin Qazılar Şurası və səlahiyyətli nümayəndələri bu barədə məlumat yayıb.

Nəzərinə çatdırılıb ki, Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1446-cı il başa çatır, yeni 1447-ci ilin başlanğıcının – Məhərrəm ayının 1-inin Miladi təqvimlə 2025-ci il iyun ayının 26-na təsadüf etməsi gözlənilir.

Əsrlər boyu Azərbaycan dindarlarının yaddaşına həkk olunmuş Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi hadisəsi dünya tarixində fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın "yaxşılığa dəvət və pislikdən çəkindirmə" məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar.

Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad olan əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün İmam Hüseyn (ə) və əziz şəhidlərin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqların şəfa tapmasına yardımçı olacaqlar. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.

Biz, Azərbaycan müsəlmanları şükürlər edirik ki, bu ilki Məhərrəm ayı illər boyu dualar etdiyimiz Zəfərin beşinci ildönümü ərəfəsinə təsadüf edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olmuş Qarabağda və Şərqi Zəngəzurda yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı – bütün bunlar Allah-taalanın lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır.

Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR "Dini etiqad azadlığı haqqında" Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunlarına əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması yolverilməzdir. Xüsusilə qeyd etmək istərdik ki, ölkəmizin suverenliyi, dövlətçiliyimizin yenilməz nüfuzu əleyhinə son dönəmlərdə güclənən erməni revanşist təbliğatına qarşı Azərbaycan din xadimləri tərəfindən qətiyyətli və davamlı şəkildə Vətən sevgisini, milli dəyərlərə sədaqəti, şərəf və ləyaqəti ehtiva edən çağırışlar edilməli, xütbələr oxunmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.

Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimizin Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin!


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2093   Tarix: 23 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr