Bu ərazidə yaşanlara ŞAD XƏBƏR - Küçələr asfaltlanacaq - SİYAHI
Sumqayıt şəhərində abadlıq siyasəti çərçivəsində yolların, küçələrin yenidən qurulması istiqamətində sistemli tədbirlər davam etdirilir.
Sonxeber.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, bu işlərin başlıca məqsədi şəhər sakinlərinin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, eyni zamanda Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini layiqincə yaşatmaqdır.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun birbaşa tapşırıq və tövsiyələrinə uyğun olaraq, Sumqayıt Bələdiyyəsi tərəfindən şəhər ərazisində genişmiqyaslı asfaltlaşdırma və abadlıq işləri həyata keçirilir. Bu tədbirlər nəticəsində uzun illər baxımsız qalmış küçələr yenidən qurulur, yeni yol infrastrukturu sakinlərin istifadəsinə verilir.
Bu il ərzində görülməsi nəzərdə tutulan layihələr çərçivəsində xüsusilə şəhidlərin adını daşıyan küçələrə diqqət artırılıb. Belə ki, Corat bağları ərazisində yerləşən Şəhid Mais Səmədov küçəsi, Şəhid Məhəmməd Nadir Rzayev küçəsi, həmçinin Xəzri-2 yaşayış massivindəki Şəhid Gəray Məmmədov küçəsi və Şəhid Coşqun Zeynallı küçəsi yaxın zamanda asfalt örtüyü ilə təmin olunacaq. Bu addım, yalnız infrastrukturun müasirləşdirilməsi ilə yekunlaşmır, həm də şəhid ailələrinə göstərilən xüsusi qayğının və dövlət-vətəndaş birliyinin bariz təzahürüdür.
Sumqayıt Bələdiyyəsi , layihələrin icrası zamanı həm yolun texniki göstəricilərinə, həm də ekoloji təhlükəsizliyə xüsusi diqqət yetirilir. Hər bir küçənin ölçüsünə uyğun olaraq asfaltlanma işləri müasir texnologiyalarla həyata keçiriləcək.
Bu təşəbbüslər, şəhərin ümumi estetik görünüşünün yaxşılaşdırılması ilə yanaşı, vətəndaşların gündəlik həyatını da xeyli dərəcədə rahatlaşdıracaq. Sakinlər isə görülən işlərə böyük rəğbətlə yanaşaraq, şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Qeyd edilib ki, son illər ərzində Sumqayıtda aparılan abadlıq və infrastruktur layihələri nəticəsində onlarca küçə yenilənib, yüz minlərlə kvadratmetr əraziyə yeni asfalt örtüyü çəkilib. Bu işlər davamlı xarakter daşıyır və gələcəkdə də şəhərin bütün yaşayış massivlərini əhatə edəcək.
Şəhidlərin adını daşıyan küçələrin abadlaşdırılması həm mənəvi, həm də ictimai baxımdan yüksək əhəmiyyət daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bakıda avtomobil gözəllik salonuna girdi