Bayram gecəsini faciəyə çevirən sürücüyə - Ağır cəza
Ötən il dekabrın 31-də gecə saatlarında Tovuzda 2 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Əlimərdanlı kənd sakini 1990-cı il təvəllüdlü Azər Həsənova Gəncə Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.
Bildirilib ki, Yeni il bayramı günü Azər evdə və qohumugildə spirtli içki qəbul edib və daha sonra "BMW" markalı avtomobilin sükanı arxasına keçərək yenidən araq almağa yollanıb. O, evinin 100 metr yaxınlığında qonşusuna aid "VAZ 2107" markalı avtomobili vurub. Daha sonra Azərin idarəetməsindən çıxan avtomobil "VAZ 2107"nin yanında dayanmış 5 nəfəri vurub.
Nəticədə həmin şəxslərdən 1955-ci il təvəllüdlü Həmid Tağıyev hadisə yerində, onun qardaşı nəvəsi 16 yaşlı Elmin Tağıyev isə xəstəxanada ölüb. 1965-ci il təvəllüdlü Yusifov Vilayət İbrahim oğlu, 1991-ci il təvəllüdlü Tağızadə Elnur Qəhrəman oğlu, 1999-cu il təvəllüdlü Tağıyev Elvir Elçin oğlu isə xəsarət alıb.
Vəfat edən şəxslərin yaxınları məhkəmədə hadisəni törətmiş Azər Həsənovu bağışladıqlarını deyiblər.
Gəncə Ağır Cinayətlər Məhkəməsi A.Həsənovu Cinayət Məcəlləsinin 263-1.4-cü və 264-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma 2 və daha artıq şəxsin ölümünə səbəb olduqda və hadisə yerindən yayınma) maddələri ilə təqsirli bilib. O, 8 il həbs cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin həbsdən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 919 Tarix: 24 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabr