Azərbaycanda bu DRONLARIN istehsalına başlanılacaq

Azərbaycanda bu DRONLARIN istehsalına başlanılacaqAzərbaycanda bu il aqrodronların istehsalına başlanılması gözlənilir.

Sonxeber.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl Zəngilanda keçirilmiş "bootcamp" çərçivəsində Türkiyənin aqrodron istehsalı sahəsində böyük şirkətlərindən biri olan "Sapmaz Hava Nəqliyyatı və İrəliləmiş Texnologiyalar" MMC yerli şirkət və Bakı Mühəndislik Universiteti ilə razılığa gəlib: "Hazırda istehsalla bağlı hüquqi işlər həyata keçirilir. Yaxın aylarda konkret işlərə başlayacaqlar. Bununla yanaşı, dronların istehsal ediləcəyi ərazi çox güman ki, Universitetin laboratoriyaları və parkı olacaq".

O həmçinin qeyd edib ki, aqrodronlar əsasən yerli bazar üçün istehsal olunacaq: "Bu addım Azərbaycanın kənd təsərrüfatında innovativ texnologiyaların tətbiqini genişləndirəcək və yerli bazarın yüksək tələbatını ödəməyə kömək edəcək".

Qeyd edək ki, hazırda Azərbaycana aqrodronlar əsasən xüsusi icazə ilə Türkiyə və Çindən idxal olunur.

Aqrodronlar - kənd təsərrüfatında istifadə olunan insansız hava vasitələri müasir texnologiyanın kənd təsərrüfatına gətirdiyi böyük yeniliklərdəndir. Onlar məhsuldarlığın artırılması və resursların daha səmərəli idarə olunması üçün geniş imkanlar təqdim edir. Aqrodronlar pestisidlərin və gübrələrin avtomatik, bərabər və qənaətli şəkildə səpilməsini təmin edir ki, bu da həm ətraf mühitin qorunmasına, həm də istehsal xərclərinin azalmasına səbəb olur. Bundan əlavə, torpağın rütubəti, eroziya vəziyyəti kimi müxtəlif xüsusiyyətlərin analizinə imkan verərək fermerlərə daha düzgün və effektiv əkin planları hazırlamağa kömək edir.

"Sapmaz Hava Nəqliyyatı və İrəliləmiş Texnologiyalar" MMC kənd təsərrüfatı sahəsində istifadə olunan müxtəlif növ aqrodronların istehsalı ilə məşğuldur. Şirkətin məhsulları müasir texnologiyalarla təchiz olunub və aqrar sahənin ehtiyaclarına uyğunlaşdırılıb. Şirkət əsasən üç növ dron istehsal edir. Bunlardan biri "Zirai" İnsansız Hava Vasitələridir (ZİHA). Bunlar pestisidlərin və gübrələrin səmərəli, bərabər səpilməsi üçün hazırlanmış dronlardır. Bu dronlar kənd təsərrüfatı sahələrinin daha effektiv idarə olunmasına və məhsuldarlığın artmasına xidmət edir. İkinci növ Multispektral Dronlardır. Bu dornlar beş fərqli spektral bantda görüntü toplayan tam avtonom aqrodronlardır. Bu texnologiya bitkilərin sağlamlığının izlənməsi, xəstəliklərin və stress hallarının erkən aşkarlanması üçün geniş imkanlar yaradır. Üçüncü növ dronlar isə "Do-it-Yourself" ("Özün Yığ") adlanır və bu dronlar 3D printerlə hazırlanmış hissələrdən ibarət təhsil dəstidir. İstifadəçilərə öz aqrodronlarını özləri yığmaq və texnologiyanı dərindən öyrənmək imkanı verir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 776   Tarix: 24 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

"Biz istəyirik ki, sirk insanlarda sadəcə uşaqlıq xatirələri ilə bağlı bir anlayış kimi qalmasın" - Aygün Hacıyeva ilə MÜSAHİBƏ

"Ulduzlar meydanı" MMC-nin direktoru Aygün Hacıyeva -ın Circus Sea Breeze layihəsinin yaradılma məqsədi, müasir sirk sənətinin inkişaf perspektivləri, beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, yerli kadrların yetişdirilməsi və layihənin ölkəmizin turizm potensialına verə biləcəyi töhfələ

2 noyabr
.

Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is

3 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

1 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr