Yeni şəxsiyyət vəsiqələri gəlir: Köhnələr qüvvədən düşəcəkmi?
"Şəxsiyyət vəsiqəsində dəyişikliklər düzgündür və mən o dəyişikliklərə normal yanaşıram".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli şəxsiyyət vəsiqəsində dəyişikliklər qəbul olunduqdan sonra əvvəlki şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinin hamı üçün məcburi olub-olmayacağı sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, yeni şəxsiyyət vəsiqələrində nəzərdə tutulan məlumatlar öz əksini tapacaq:
"Eyni zamanda digər şəxsiyyət vəsiqələri də qüvvəsini itirməmiş hesab olunacaq. Və tədricən onların dəyişdirilməsi məsələsi qoyulacaq. Adətən qanunun tətbiq olunması haqqında Prezidentin fərmanı, yaxud da sərəncamı olur. İndi baxır, orada hansı məsələlər tənzimlənəcək. Bu halda əvvəlki dövrlərdə verilmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün müəyyən qədər vaxt ayrılacaq. Çox güman ki, yeni şəxsiyyət vəsiqələrinin verilməsi prosesi mərhələ-mərhələ nəzərdə tutulacaq".
Qulamhüseyn Əlibəyli əlavə edib ki, yeni qanun qüvvəyə minəndən sonra əvvəlki şəxsiyyət vəsiqəsi qüvvəsini itirmir:
"Yenə də qüvvəsini saxlayır, amma yeni şəxsiyyət vəsiqələrinin verilməsi artıq ondan sonra alınacaq şəxsiyyət vəsiqələrinə tətbiq olunur. Gələcəkdə də istəlinən vətəndaş ASAN xidmət vasitəsi ilə müraciət edib şəxsiyyət vəsiqəsini dəyişdirə bilər. Hazırda köhnə şəxsiyyət vəsiqəsi də, yeni nəsil şəxsiyyət vəsiqəsi də qüvvəsindədir və heç biri problem yaratmır. Amma köhnə şəxsiyyət vəsiqəsi ilə xaricə getmək olmur, yeni şəxsiyyət vəsiqəsi iləsə olur. Vətəndaşlıq da əlavə olunandan sonra bu, tamamilə normal olacaq".
Qulamhüseyn Əlibəyli əlavə edib ki, şəxsiyyət vəsiqələrində yeni məlumatlar əks olunacaq:
"Əvvəlki şəxsiyyət vəsiqələri qüvvəsini saxlayacaq. İstər xaricə səyahətlə bağlı, istərsə də sənədləşmə işlərində ola bilsin məhdudiyyətlər olsun. Tədricən onlar da dəyişəcək. Çox güman ki, onlara da Prezident əvvəlki şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün müəyyən vaxt verəcək".
Qeyd edək ki, Milli Məclis şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatlarının əlavə edilməsi təklifini təsdiqləyib. Dəyişiklik layihəsi Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi