Bakının altında ölüm "şəhəri": Hər an böyük faciə baş verə bilər – XƏBƏRDARLIQ
Bakıda yolların çökməsi ilə bağlı artan hallar ictimaiyyətdə narahatlıq doğurur. Bir müddət əvvəl gənc oğlanın asfaltın çökməsi nəticəsində kanalizasiya xəttinə düşməsi bu təhlükənin real olduğunu bir daha göstərdi. Ekspertlər xəbərdarlıq edirlər ki, paytaxtın alt infrastrukturu illərdir sistemsiz şəkildə formalaşdırılıb və ciddi problemlərlə üz-üzədir. Bu isə həm sürücülər, həm də piyadalar üçün birbaşa həyat təhlükəsi yaradır.
Bəs problemin səbəbi nədir, qarşısı necə alınmalıdır?
Nəqliyyat eksperti Elməddin Muradlı Bakıda yol infrastrukturunun dağılmasının əsas səbəbi kimi keyfiyyətsiz və sistemsiz tikinti işlərini göstərib.
Onun sözlərinə görə, zamanında görülməyən profilaktik tədbirlər, düzgün planlaşdırılmayan su-kanalizasiya xətləri və yeraltı axınların nəzarətsiz qalması nəticəsində yollar və səkilər çökür, insanlar üçün təhlükə yaranır:
"Əgər sistemlər vaxtında və düzgün qurulsaydı, bu qədər ağır nəticələrlə üzləşməzdik. Vaxtilə çox ciddi səhvlərə yol verilib. Bu gün isə yollar, hətta səkilər artıq təhlükə mənbəyinə çevrilib. Bakının altı sanki görünməyən bir "dənizdir". Yağış, kanalizasiya, qrunt suları və yeraltı axınlar düzgün tənzimlənmədiyindən çökmə hallarına səbəb olur. İnsanlar artıq qorxur ki, yolda gedərkən asfalt çökəcək".
E.Muradlı bu vəziyyətin aradan qaldırılması üçün təcili şəkildə geoloji tədqiqatların aparılmasını və infrastrukturun təhlükəli sahələrinin müəyyənləşdirilərək yenidən qurulmasını zəruri sayır:
"Bu şəhərin altında nə baş verdiyini bilmədən, problemi həll etmək mümkün deyil. Əgər hardasa təhlükə varsa, onun qarşısı əvvəlcədən alınmalıdır. Əks halda, biz sadəcə fəsadların baş verməsini gözləyirik – bu isə düzgün yanaşma deyil".
Ekspert vurğulayıb ki, xüsusilə son qar yağışlarından sonra yolların vəziyyəti daha da pisləşib:
"Qar və yağış yolları sıradan çıxarır. Artıq mən özüm də qorxu ilə küçədə hərəkət edirəm. Küçədə gedərkən yol hər an çökə bilər. Amma heç bir rəsmi qurum çıxıb vəziyyətlə bağlı açıqlama vermir. Demirlər ki, təhlükə var, ya da yoxdur. Bu məsələlərin üstündən susqunluqla keçilir.
Əslində bu, çox ciddi və köklü problem olduğu üçün onu qısa zamanda həll etmək də mümkün deyil. Milyardlarla vəsait tələb edən məsələlərdir və bu sahədə yeni qurumları da ittiham etmək düzgün olmaz. Amma risk getdikcə artır və insanlar real təhlükə ilə üz-üzədir".(globalinfo.az)
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman
Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq
Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Erkən ölüm riskini azaltmağın sadə yolu tapılıb
12 evdən ibarət kənd pulsuz verilir - Bir şərtlə
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Fatma Mahmudova qızının nişanını qaytardığını açıqladı
Yeni "iPhone 18" bu qiymətə satılacaq -Fotolar
Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT
Şəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
Sevgilisinə internetdən çiçək sifariş vermək istəyən kişi 33 min pul itirdi
Bu adada doğulan hər uşağa görə dövlət 6 min manat ödəyəcək
Ritualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"