"Colgate" iki ölkədə qadağan edildi: Azərbaycanda vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA
Argentinada "Colgate Total Clean Mint" diş məcununun satışı qadağan edilib. Bu barədə Argentinanın milli dərman vasitələri, qida məhsulları və tibbi texnologiyaların keyfiyyətinə nəzarət idarəsi (ANMAT) məlumat yayıb.
Qurum qadağanı "Colgate"dən istifadə etdikdən sonra ağızın qıcıqlanması ilə bağlı istehlakçıların artan şikayətləri ilə izah edib.
Qeyd edək ki, Braziliyada hələ may ayında "Colgate Total Clean Mint" diş məcununun satışına qadağa qoyulub.
Azərbaycanda da oxşar şikayətlərin olub-olmaması maraq doğurur.
Milli.Az xəbər verir ki, modern.az məsələ ilə əlaqədar Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirliyin Sanitar Karantin Mərkəzindən verilən məlumata görə, Argentina istehsalı və (və ya) Argentinadan idxal edilən "Colgate" nişanlı məhsullara gigiyenik sertifikatın verilməsi üçün Mərkəzə müraciət daxil olmayıb.
Eyni zamanda qurumdan bildirilib ki, digər ölkələrin istehsalı olan "Colgate" nişanlı məhsulların Azərbaycana idxalı ilə bağlı gigiyenik sertifikatların alınması ilə bağlı 10 may 2024-cü il tarixdən 2025-ci ilin may ayı tarixlərində Mərkəzə müraciətlər daxil olub. Mərkəz tərəfindən məhsulun laborator müayinəsi aparılıb. Müayinə nəticələri sanitariya və gigiyenik norma və tələblərə cavab verdiyi üçün məhsula gigiyenik sertifikat verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 973 Tarix: 23 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabr