Dəhşət doğuran görüntülər: Onlar sadəcə uşaqdır, əllərindəki isə oyuncaq deyil

Dəhşət doğuran görüntülər: Onlar sadəcə uşaqdır, əllərindəki isə oyuncaq deyil15 yaşlı Ahmət Minguzzinin küçənin ortasında bıçaqlanaraq qətlə yetirilməsinin ardından məhkəmə qarşısına çıxarılan uşaqların sosial mediada uzun lüləli silahlarla çəkilən görüntüləri ictimaiyyətdə ciddi narahatlıq doğurub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə təkcə bir qətli deyil, eyni zamanda gənclərin küçələrdə necə nəzarətsiz və təhlükəli bir şiddət mühitinə sürükləndiyini də açıq şəkildə ortaya qoyur.

Jurnalist Emrullah Erdinçin də gündəmə gətirdiyi bu məsələ ilə bağlı ən çox soruşulan suallar hələ də cavabsız qalır: Bu uşaqlar bu silahlara necə sahib olurlar? Bu prosesi kimlər təşkil edir və ya buna kimlər göz yumur? Bu silahlar niyə tapılmır? Və ən önəmlisi: Niyə uşaqların əlində bu qədər asanlıqla silah olur?

Mütəxəssislər bildirirlər ki, qanunsuz silahların yayılması problemi qədər təhlükəli olan digər məsələ – aidiyyəti orqanların bu açıq təhlükəyə qarşı kifayət qədər ciddi tədbir görməməsidir. Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər uşaqların cinayət mədəniyyəti ilə iç-içə böyüdüyünü və küçələrin sürətlə silahlandığını sübut edir.

Ahmətin ölümü ilə sarsılan ictimaiyyət isə "Sabah başqa bir uşaq daha öldürülmədən" əvvəl hərəkətə keçilməli olduğunu vurğulayır. Vətəndaşlar silah əldə etmə yollarının, uşaqların cinayətlə əlaqələrinin və onları bu bataqlığa sürükləyən mexanizmlərin dərindən araşdırılmasını tələb edirlər.

Bu, sadəcə bir qətl deyil – bu, uşaqların göz görə-görə sürükləndiyi sosial çöküşün və təhlükəli gələcəyin xəbərçisidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3319   Tarix: 24 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida sənayesində palma yağından istifadənin getdikcə genişlənməsi istehlakçıların sağlamlığı və ərzaq məhsullarının keyfiyyəti ilə bağlı ciddi suallar yaradır. Marketlərdə satılan şirniyyat, şokolad, süd məhsulları və digər gündəlik istehlak mallarının tərkibində palma yağına daha çox rast gəlinir. Dövlə

3 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr
.

"Etiketlər kağızla deyil, birbaşa qablaşdırmaya vurulmalıdır" - qida eksperti Elşən Cəfərovla MÜSAHİBƏ

"4 il bundan öncə mən marketlərdə tərkibində palma yağı olmayan məhsul tapa bilirdim. Bu gün isə axtarıram tapa bilmirəm. Belə bir məhsul olsa belə mən məcburam ki, marketdə ən azı 40 dəqiqə-1 saat məhsulların bir-bir tərkibini oxuyum". Bu sözləri -a açıqlamasında qida eksperti, "JAFAROV"

2 noyabr