Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI
Kulis.az ötən gün küçədə corab satmaqla dolanan aktyor Allahverdi Yolçuyevlə müsahibəni yayımlayandan sonra onun işlə təmin olunması ilə bağlı xəbərlər yayılıb.
Sinxeber.az xəbər verir ki, kulis.az məlumatı dəqiqləşdirmək və müsahibədən sonra hansı reaksiyaları aldığı ilə bağlı aktyorla əlaqə saxlayıb:
"Hələ bilmirəm, mən dəqiq işlə təmin olunmuşam, ya yox. Düzdür, mətbuata bununla bağlı açıqlamışam, amma hələ heç nə dəqiqləşməyib. Ona görə elə demişəm ki, müsahibədən sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrının müdiri məndən əmək kitabçamın surətini istədi. Elə başa düşdüm ki, yəqin o teatrda işə düzəlmişəm, başqa cür ola bilməz. O teatrda işləmişəm, kollektivi də tanıyıram. Amma işə bərpa olunub-olunmamağım barədə dəqiq deyə bilmərəm. Bu məsələlər Mədəniyyət Nazirliyinin səlahiyyətindədir. Hara desələr, ora da gedəcəm. Hələ bir qədər gözləyək də.
Müxtəlif fikirlər var. Deyirlər ki, nahaq elədin. Bu nə idi? Biabırçılıq, nə bilim, nə... Bəziləri deyir, düz elədin. Hərə bir söz deyir. Amma sənət yoldaşlarım zəng eləməyiblər. İki-üç nəfərdən başqa heç kim maraqlanmayıb. Üzdə özünə dost deyən insanlar bir zəng eləyib soruşmayıb, nə olub? Ölmüsən, qalmısan, yoxsan...
Cəlal Məmmədov Sumqayıtdan zəng eləyib. Sabir Məmmədov zəng eləyib, vəssalam. Bir də Afaq xanım zəng eləyib...
İşə gedib-gələndə, dəqiq deyəcəm ki, bəli, işə düzəlmişəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1021 Tarix: 26 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabrAnasını döyən bloqer saxlanıldı - Video
Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabr