Hostellərə müşahidə kamerası qoyulacaq: Yeni tələblər müəyyənləşdi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yataqxana və hostellər. Layihələndirmə normaları"nı təsdiq edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, yataqxana və hostellərin tutumu şəhərsalma və tikintiyə dair normativ sənədlərə, həmçinin layihə tapşırığına əsasən müəyyən ediləcək.
Belə ki, tutumuna görə hostellər 2 yerə bölünür:
- kiçik - 25 nəfərə qədər;
- böyük - 25 nəfərdən çox.
Bundan başqa, yataqxanaların və 50-dən çox yer sayı olan hostellərin giriş-çıxış yerlərində, mərtəbələrin dəhlizlərində, ictimai-iaşə zonalarında 24 saat işlək vəziyyətdə olan müşahidə kameraları quraşdırılmalıdır.
Hostellərdə bir sakin üçün minimum torpaq sahəsi normalaşdırılmasa da, yataqxanalar üçün bir sakinə düşən minimal torpaq sahəsi aşağıdakı kimi müəyyənləşib:
Yataqxanaların ərazisində uşaq oyun meydançaları üçün sahə ayrılmalı və avadanlıqlarla təchiz olunmalıdır. Uşaq oyun meydançaları binanın pəncərə açırımı olan xarici divarından 12 m-dən az olmayan məsafədə yerləşdirilməlidir.
Tələbə şəhərciyi binalarının tərkibindəki yataqxanalarda ümumi yerlərin 15%-i ailəli tələbələr üçün nəzərdə tutulmalıdır. Yataqxananın yaşayış sahəsi bir nəfər üçün 10 kv.m-dən az olmamalıdır. Tələbə və şagirdlər üçün yataqxanaların yaşayış otağında müstəqil məşğələlər üçün yer nəzərdə tutulduqda yaşayış sahəsi bir nəfər üçün 12 kv.m-dən az olmamalıdır.
Yaşayış otağı 3 nəfərdən, qalma müddəti üç aya qədər olduqda isə 4 nəfərdən çox olmayan şəxslərin yerləşdirilməsi nəzərdə tutulmaqla layihələndirilir.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 766 Tarix: 29 iyul 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı
Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca
10 sentyabrSabah 31 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında sentyabrın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, gündüz bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var
11 sentyabrMinaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
İki il əvvəl Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olan Raqif İsayevə şəhid statusu verilib. Bu barədə "Qafqazinfo"ya onun ailəsindən məlumat verilib. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmuş Raqif İsayev şəhid, onun ailəsi şəhid ailəsi üzvü hesab olunacaq. Qey
10 sentyabrŞəkidə faciəli şəkildə ölən Ucalın bacısı: "Qanı yerdə qalmayacaq"
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub. "Bakupost"a istinadən xəbər verir ki, U.Bayramovun bacısı Xəyalə Bayramova yerli telekanallardan birində yayımlanan süjetə sərt reaksiy
10 sentyabrSüni intellektlə bağlı ayrıca qanunun qəbul olunması TƏKLİF OLUNUR
"Süni intellektlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac var". xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirib. "Bu çox geniş müzakirə olunur. Təbii ki, süni intellektin üstünlüyünü təbliğ edənlər çoxdur
11 sentyabr700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər (VİDEO)
Avtomobilini satmaq istəyən şəxs dələduzluğun qurbanı olub. Paytaxt sakini Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini 10 min manata satışa çıxardıqdan sonra alıcı beh adı ilə onu aldadıb. Aslan Eyvazoğlu iddia edir ki, avtomobilini Zaur Baxşəliyev və Ayaz Məmmədov vasitəsi ilə Sənan İsayevə satıb. Şikayətç
11 sentyabr