Valideynlər diqqətli olun: Bu oyuncaqlar uşaq davranışlarını dəyişdirir

Valideynlər diqqətli olun: Bu oyuncaqlar uşaq davranışlarını dəyişdirirSon illər uşaqlar arasında real silaha bənzəyən oyuncaq silahların istifadəsi artmaqdadır. Oyuncaqların dizaynında reallığa yaxın elementlərin üstünlük təşkil etməsi isə bu məsələni təkcə əyləncə vasitəsi yox, həm də psixoloji və sosial baxımdan müzakirə mövzusuna çevirir. Xüsusilə bu cür oyuncaq silahların uşaqların psixi inkişafına, davranış modellərinə və gələcək dünyagörüşlərinə təsiri cəmiyyətin diqqətini çəkməyə başlayıb.

Yenisabah.az mövzunun psixoloji tərəflərini aydınlaşdırmaq və real görünüşlü oyuncaq silahların uşaqlara, xüsusilə yeniyetmələrə təsirini anlamaq üçün psixoloq Nərmin Ağayeva ilə əlaqə saxlayıb. O bildirib ki, real silaha bənzər oyuncaqların yayılması zorakı davranış halların atmasına səbəb olur :

"Son dövrlərdə bazarda real silaha bənzər oyuncaqların yayılması uşaqlarda həm psixoloji, həm də sosial problemlərin artmasına səbəb olur. Həmin uşaqlarda aqressiv davranışlar artır, empatiya qabiliyyəti azalır, reallıq və fantaziya qabiliyyəti biri-birinə qarışır, qorxu və travma hisləri çoxalır. Eyni zamanda uşaq beynində oyun və davranış metodları formalaşır. Bunun nəticəsində zorakı davranış hallarında artım müşahidə olunur. Aqressiya onlar üçün normal davranış üsuluna çevrilir". Eyni zamanda valideynin "hamının uşağında var, bizimkində də olsun" kimi fikirləri sosial təzyiqə əsaslanır. Çünki uşağın şəxsiyyət kimi formalaşmasında əsas rolu valideyn oynayır. Uşaqda sosial müqayisə halları artır və o, kütləvi psixologiya təsiri altında yoluna davam edir. Eyni zamanda uşaqlarda risqli davranışlara dözümlülük və onların formalaşması halları yaranır".

O, həmçinin qeyd edib ki, video oyunlardakı zorakılıq halları uşaqlarda empatiya itkisinə səbəb olur:

Video oyunlardakı zorakılıq halları uşağın zehininə birbaşa təsir edir, oyuncaq silahlar isə bədən yaddaşına zorakı təsir göstərir. Oxşar cəhət ondan ibarətdir ki, hər ikisində aqressiv davranış formaları olur, empatiya itkisi müşahidə edilir, güc-nəzarət əlaqəsi və desensitizasiya (hissizləşmə) halları baş verir. Eyni zamanda fərqli tərəflər də mövcuddur. Yəni, oyuncaqlarda əsas təhlükə fiziki təmas və sosial təsirlərdən ibarətdir ki, bu da uşaqların təxəyyül aktivliyinə böyük ziyan vurur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 856   Tarix: 29 iyul 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü

Ucarda 37 yaşlı kişi onunla birlikdə gecələmək istəməyən qadına xəsarət yetirib. -a istinadla xəbər verir ki, 1989-cu il təvəllüdlü Ceyhun rayonda avtomobil yolunun kənarında Mingəçevir şəhərindən yanına qonaq gəlmiş, lakin onunla birlikdə qalaraq gecələmək təklifini rədd etmiş Elmira (adlar şərtidi

3 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

İşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA

İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin

2 noyabr