İSGƏNDƏR XƏLİLOVUN OĞLU PUTİNƏ.... "SIĞINDI" – Milyarderin "quyruğu qapı arasında qalanda"...

İSGƏNDƏR XƏLİLOVUN OĞLU PUTİNƏ.... "SIĞINDI" – Milyarderin "quyruğu qapı arasında qalanda"...Ermənistan cəmiyyətinin böyük hissəsi Rusiyada yaşayan varlı erməni iş adamlarını, milyarderləri öz "tarixi vətənlərinə" xəyanətdə ittiham edərək bildirir ki, onlar Ermənistan hakimiyyətinə və xalqına dəstək vermək əvəzinə, "erməni kimliyini" öz maddi maraqları xatirinə Kremlə satırlar, onun sifarişini yerinə yetirirlər və sair. Bu zaman Rusiyadakı Azərbaycan diasporunu, azərbaycanlı milyarderləri həsədlə misal göstərərək, onların fərqli davrandığını, guya ilk növbədə Azərbaycanın maraqlarından çıxış etdiklərini iddia edirlər. Lakin bunun heç də hər zaman həqiqəti əks etdirmədiyi hələ Kremlin sifarişi ilə "milyarderlər ittifaqı" yarananda bəlli idi...

İndi isə Kremlin Azərbaycana qarşı başlatdığı növbəti təzyiq və təhdid kampaniyası həmin azərbaycanlı soyadını daşıyan varlılar üçün bir növ sınaq imtahanına çevrilib ki, bu sınaqdan da onların bəzilərinin ləyaqətlə, şərəflə - "alnı açıq" çıxa bilməyəcəyi indidən görünür...

Bunun ilk nümunəsi artıq göz önündədir. Rusiyada yaşayan və arada bir tarixi vətəni Azərbaycana baş çəkən milyarder İsgəndər Xəlilovun Rəhman adlı oğlu Moskva ilə Bakı arasındakı məlum gərginlik fonunda öz "İnstagram" səhifəsində Vladimir Putinin şəklini və ona aid bir fikri paylaşıb. Əvvəlcə xatırladaq ki, anti-Azərbaycan kampaniyası çərçivəsində bir neçə gün əvvəl Rusiyanın hüquq-mühafizə və xüsusi xidmət orqanları R.Xəlilovun adına olan və əsasən neft daşımaları həyata keçirən "Railgo" şirkətinin ofisinə basqın edib, orada axtarışlar aparıb. Bu barədə Rusiya kanalları məlumat və fotolar paylaşıb. Lakin R.Xəlilov hamının gözü qarşısında baş verənləri təkzib edərək, belə bir şeyin olmadığı barədə açıqlama yaydı. Həmin vaxt müxtəlif mənbələr İsgəndər Xəlilovun Rusiya rəhbərliyində kimlərləsə anlaşıb dil tapmağa, məsələni həll etməyə çalışdığını bildirdilər.

Görünür, bu proses indi də davam etdiyi üçün milyarderin oğlu Kremlə "sonsuz sədaqətini" nümayiş etdirmək üçün Putinin şəklini qoyub, ondan sitat gətirmək qərarına gəlib. Sitatda isə deyilir: "Hamı bizi dişləmək, bizdən nəsə qoparmaq istəyir. Lakin bunu etmək istəyənlər bilməlidirlər ki, onların hamısının dişlərini sındırcağıq ki, dişləyə bilməsinlər".

İSGƏNDƏR XƏLİLOVUN OĞLU PUTİNƏ.... "SIĞINDI" – Milyarderin "quyruğu qapı arasında qalanda"...Əvvəlcə qeyd edək ki, tarixən, o cümlədən də Putin hakimiyyəti dövründə Rusiya özü hər zaman kimlərdənsə, nələrisə dişləməyə, qoparmağa çalışıb – Ukraynadan, Gürcüstandan, Moldovadan, Pribaltikadan, Qazaxıstandan, həmçinin də Azərbaycandan! Odur ki, Putinin bu "dahiyanə fikri" bir oğrunun öz adını başqalarına qoymasıdır...

İsgəndər Xəlilovun oğlunun məhz bu fikri paylaşmasına gəlincə, görünür R.Xəlilov öz səviyyəsinə, intellektinə, mədəniyyətinə uyğun olaraq seçdiyi bu sitatla bir növ Putinə "sığınır" (Loru dildə bəziləri buna "girir" də deyir) ki, onun və dədəsinin biznesini əlindən almasınlar. Sırf biznes baxımından kimin kimdən nə dişləmək, nəyini qoparmaq istəməsindən asılı olmayaraq, Kremlin Azərbaycana qarşı başlatdığı və xeyli vaxtdır davam edən çirkin təbliğat, təhdid və təzyiq kampaniyası fonunda İsgəndər Xəlilovun oğlunun fəxrlə Putindən bu cür sitat paylaşması çox yersiz, olduqca miskin, ucuz bir "padxalim tryuku" kimi görünür. Bunu özünə yaraşdıran birisindən əlbəttə ki, milli təəssübkeşlik, vətənpərvərlik, fədakarlıq və digər ictimai yüklü keyfiyyətlər gözləməyə dəymir. Ona görə də nə təyyarəmiz vurulanda, nə Yekaterinburqdakı məlum hadisələr baş verəndə, nə Azərbaycan diasporuna və Azərbaycana qarşı haqsız hücumlar ediləndə cınqırını çıxarmayan xəlilovların indi "quyruqları qapı arasında qalan kimi" Azərbaycanı bir tərəfə atıb Putinə yarınmasında qeyri-adi heç nə yoxdur...

Tarixi vətəninə, adını, qanını daşıdığı millətinə, nəhayət, elə öz mənliyinə hörmət edən birisi indiki həssas məqamda Azərbaycana qarşı düşmən fəaliyyətlərin başında duran, bu təbliğatı kökləyən və idarə edən şəxsdən sitat gətirməklə hansı safda durduğunu göstərir. Göstərir ki, onu bir az da sıxışdırsalar, nəinki Putinin şəklini qoyub, ondan sitat gətirər, lazım gəlsə, Zatulinin, Solovyovun, hətta Marqarita Simonyanın Azərbaycana qarşı iftiralarını, təhqir və təhdidlərini də fəxrlə paylaşar. Təki puluna, malına dəyməsinlər...

İndi beləsinin soyadından başqa Azərbaycana nə aidiyyatı ola bilər?

Ermənistan parlamentinin spikeri Alen Simonyan onunla eyni soyadı daşıyan Kreml təbliğatçısı Marqarita Simonyan haqqında demişdi ki, onun soyadından başqa Ermənistana heç bir aidiyyatı yoxdur. Doğrudan da nadürüstlərin milləti, vətəni olmur, soyadı nə olursa olsun...

Cəlal Məmmədli

"AzPolitika.info"


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1539   Tarix: 01 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr