"Suriyada yeni hakimiyyətin formalaşması ilə ikitərəfli əlaqələr üçün yeni imkanlar yarandı" - DEPUTAT

"Suriyada yeni hakimiyyətin formalaşması ilə ikitərəfli əlaqələr üçün yeni imkanlar yarandı" - DEPUTAT"Azərbaycan Yaxın Şərqdə nizamlanma prosesində, sabitlik və inkişafa nail olunmasında və yenidən quruculuq işlərində yaxından rol oynayır. Azərbaycan və Suriya arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən dövrlərdə Antaliyada keçirilən forum zamanı ölkə başçıları görüşüb və bu görüş ikitərəfli münasibətlərin möhkəmlənməsinə zəmin yaratmışdır".

Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra iki ölkə arasında təmaslar yenidən qurulmuş və Azərbaycan Suriyaya dəstəyini bəyan edən ilk dövlətlərdən biri olmuşdur:

"Azərbaycan Suriyaya humanitar yardım göndərən ilk ölkələrdən biri olub. Bu dəstək Azərbaycanın Yaxın Şərq regionunda fəal və etibarlı tərəfdaş kimi mövqeyini bir daha nümayiş etdirir.
Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Suriyanın münaqişədən sonrakı bərpa və quruculuq prosesinə töhfə verməyə hazır olduğunu bəyan etmişdir. Türkiyə ilə birgə bu istiqamətdə fəaliyyət göstərən Azərbaycan, Suriyanın inkişafına dəstək olmaq məqsədilə konkret addımlar atır. Prezidentin tapşırığı ilə nümayəndə heyəti Suriyada səfərdə olmuş və bu ölkənin bərpa prosesinə Azərbaycanın hansı töhfələr verə biləcəyini araşdırmışdır.
Azərbaycan-Suriya əlaqələri Azərbaycanın Yaxın Şərq siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində Azərbaycan Avropa və Mərkəzi Asiya ilə yanaşı, Yaxın Şərqdə də fəal və etibarlı tərəfdaş kimi tanınır. Ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Azərbaycan qlobal xarici siyasət konsepsiyasına keçərək müxtəlif istiqamətlərdə fəal siyasət yürütməyə başlamışdır. Prezidentin şəxsi nüfuzu Azərbaycana yeni tərəfdaşlıq modelləri və imkanlar qazandırmışdır.

Azərbaycanın Suriya ilə bağlı sülh proseslərindəki rolu da diqqət çəkir. Azərbaycan Suriya ilə İsrail, eləcə də Türkiyə ilə İsrail arasında gərginliyin aradan qaldırılmasında vasitəçilik edərək, bir platforma kimi mühüm rol oynamışdır. Bu, Azərbaycanın regionda sülh və sabitliyə verdiyi dəyəri bir daha göstərir".

Deputat vurğulayıb ki, Azərbaycan-Suriya əlaqələrinin yeni istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Azərbaycan bu günə qədər 12 ölkəyə təbii qaz ixrac edir, əsasən Avropa bazarına:

"Lakin Yaxın Şərq regionu Azərbaycan qazı üçün yeni coğrafiya kimi formalaşır. Suriya prezidentinin Bakıya səfəri çərçivəsində Türkiyə üzərindən təbii qazın Suriyaya ixracı məsələsi müzakirə olundu. Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həm də tranzit ölkə rolunu oynaya bilər. Türkiyə ilə Suriyanı birləşdirən qaz kəməri bərpa edilib, Suriyanı İordaniya ilə birləşdirən kəmərin bərpası isə Azərbaycan qazının Misirə qədər çatdırılması perspektivini açır. Bununla da Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayı 13-ə çatır.
Bundan əlavə, Azərbaycanın elektrik enerjisi istehsalı sahəsində də Yaxın Şərqə ixrac potensialı mövcuddur. Bu, Azərbaycanın enerji diplomatiyasını daha da gücləndirərək regionda iqtisadi təsirini artırır. Azərbaycan qazının ixrac istiqamətlərinin diversifikasiyası ölkəmizin enerji bazarında rəqabət qabiliyyətini daha da möhkəmləndirir.

Tarixən Azərbaycan və Suriya arasında yaxşı əlaqələr olsa da, Əsəd rejimi bu münasibətlərin inkişafına maneə törətmişdir. Hazırkı dövrdə isə Suriyada yeni hakimiyyətin formalaşması ilə ikitərəfli əlaqələr üçün yeni imkanlar yaranmışdır. Azərbaycanın Suriyanın bərpa-quruculuq prosesinə dəstəyi, enerji sahəsində əməkdaşlıq və regionda sülhün təmin olunmasına verdiyi töhfələr iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcək".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1350   Tarix: 02 avqust 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ

Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ

2 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr