"Azərbaycan qazının Suriyaya ixracı gücümüzə güc qatacaq, xarici təsirləri neytrallaşdırmaq imkanı yaradacaq" - DEPUTAT
"Azərbaycan qazının Suriyaya nəql edilməsi siyasi, iqtisadi, mənəvi cəhətdən əhəmiyyətlidir və tarixi hadisədir. Suriya ilə Azərbaycan tarixi, mədəni köklərə malik, bir çox ümumi dəyərləri bölüşən ölkələrdir. Əfsuslar olsun ki, Suriya, İran rejiminin xeyir-duası ilə, Cənubi Qafqaz siyasətində Azərbaycana yox, Ermənistanla əməkdaşlığa üstünlük vermişdir".
Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.
Deputat qeyd edib ki, Bəşər Əsədin diktatura rejimindən xilas olduqdan sonra, yeni hakimiyyət isə, əksinə, Azərbaycanla hərtərəfli münasibətlərin qurulmasında maraqlıdır:
"Keçid dövrü hökumətinin başçısı Əhməd-əş Şaranın Bakıya səfəri, Prezident İlham Əliyevlə aparılan danışıqlar zamanı əldə olunan razılaşmalardan biri də Azərbaycan qazının nəqli məsələsidir. Razılaşmaya əsasən gün ərzində 3,4 milyon kubmetr qaz nəql olunacaq. Bu da, sutkalıq 700-900 meqavatt elektrik enerjisinin istehsalı deməkdir. Müharibədən çıxmış, tamamilə dağıdılmış ölkə üçün son dərəcə əhəmiyyət kəsb edir.
"Azərbaycan qazı əsasən Avropa ölkələrinə ixrac edilir. Suriya yeni istiqamətdir və Yaxın Şərq regionunda ilkdir. Düşünürəm ki, bunun ardınca yeni üfüqlər açılacaq, iqtisadi layihələr icra olunacaqdır. Prezident İlham Əliyev Suriyanın bərpasında iştirak edəcəyimizi bəyan etdi. Bu da yeni iş yerlərinin açılması, milli şirkətlər üçün gəlir mənbələri, Azərbaycanın Suriya kimi dövlətdə siyasi, iqtisadi varlığı deməkdir. İqtisadiyyatın şaxələndirilməsi isə, hər bir ölkə üçün vacibdir. Digər ölkələrdən asılılıq azalır. Müstəqil iqtisadi siyasət, Azərbaycan dövlətinin gücünə güc qatmaq, xarici təsirləri neytrallaşdırmaq imkanı yaradır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1116 Tarix: 04 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr