Ağcaqanad dişləməsi nəticəsində yaranan ölümcül virus yayılır
Avropada dərmanı olmayan ölümcül virus yayılmağa başlayıb.
Sonxeber.az "Euronews"a istinadən xəbər verir ki, ilin əvvəlindən yayılmağa başlayan virus nəticəsində 10 nəfərin öldüyü bildirilir.
Sonuncu ölüm hadisəsi İtaliyanın Latsio bölgəsində baş verib. Belə ki, 93 yaşlı qadının da Qərbi Nil virusundan dünyasını dəyişdiyi bildirilir.
Eyni zamanda, Avropanın beş ölkəsində də bu virusa yoluxma hallarında artım qeydə alınıb.
Təkcə, İtaliyada Qərbi Nil virusundan ölənlərin sayı 10 nəfərə çatıb.
Ölkənin Milli Sağlamlıq İnstitutu öz hesabatında bildirib ki, 24-30 iyul tarixləri arasında insanlarda Qərbi Nil virusuna 57 yeni yoluxma halı qeydə alınıb. Virusdan ölüm nisbəti 20% təşkil edir.
Öz növbəsində, Avropada Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzi virusla bağlı son məlumatları açıqlayıb. İtaliyadan başqa, Yunanıstan, Rumıniya, Bolqarıstan və Fransada da xəstəlik hallarının qeydə alındığını bildirib.
Xatırladaq ki, Qərbi Nil qızdırması ağcaqanad dişləməsi nəticəsində yaranan təhlükəli virus xəstəliyidir.
Ağır hallarda o beyin maddəsinin iltihabı, limfadenopatiya, selikli qişaların zədələnməsi və ekzantema ilə müşayiət olunur.
Xəstələrin 20%-də temperaturun kəskin yüksəlməsi, baş ağrısı, boğaz, əzələ, oynaq və bel ağrıları, zəiflik, ürəkbulanma və ishal ilə xarakterizə olunan qripə bənzər əlamətlər görünür. Həmçinin genişlənmiş qaraciyər və dalaq, sinir sisteminin zədələnməsi - meningit, ensefalit, iflic kimi hallar müşahidə oluna bilər.
Xəstəliyin xüsusi müalicəsi yoxdur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 703 Tarix: 04 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabr