"Azərbaycan qazının Suriyaya ixracı ölkəmiz üçün bir sıra mühüm iqtisadi və maliyyə imkanları yaradacaq" - DEPUTAT
"Azərbaycanın Suriyaya qaz ixracı təkcə iqtisadi deyil, həm də strateji və geosiyasi baxımdan əhəmiyyətlidir".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, bu addım həm də ölkəmizin enerji diplomatiyasında yeni səhifə açacaq:
"Azərbaycan qazının Suriyaya ixracı ölkəmiz üçün bir sıra mühüm iqtisadi və maliyyə imkanları yaradacaq. Bu gün Azərbaycan Avropa İttifaqı ölkələrinə qaz ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Suriyaya qaz ixracı isə bir daha Azərbaycanın bu etimadı doğrultduğunun sübutu ilə yanaşı həm də Cənubi Qafqazdan Yaxın Şərqə uzanan yeni bir enerji dəhlizinin açılması deməkdir. Təbii ki, bu da özlüyündə Azərbaycan üçün bazarların şaxələndirilməsi və mövcud resursların daha geniş coğrafiyada monetizasiya edilməsi baxımından yeni imkanlar yaradır. Ən önəmlisi isə enerji ixracı iqtisadi gəlirlərlə yanaşı, Azərbaycanın regional və qlobal arenada nüfuzunun artmasına səbəb olur".
Deputat vurğulayıb ki, enerji asılılığı fonunda yeni bazarların formalaşması, Bakı üçün mühüm imkanlar yaradacaq:
"Suriya ilə əməkdaşlıq yalnız qaz ixracı ilə məhdudlaşmır. Müharibədən zərər görmüş ərazilərin yenidən qurulması üçün Azərbaycan inşaat, rabitə, enerji təchizatı və logistika sahələrində öz şirkətlərinin ixrac potensialını genişləndirə bilər. Bu da qeyri-neft sektorunun inkişafı və milli iqtisadiyyatın şaxələnməsi baxımından önəmlidir.
Azərbaycanın Suriyaya qaz ixracı Yaxın Şərq regionunda ölkəmizin enerji oyunçusu kimi mövqeyini daha da möhkəmləndirilməsi deməkdir. Eləcə də Türkiyənin Kilis şəhərinin Yavuzlu kəndində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlini təmin edəcək Türkiyə-Suriya təbii qaz boru kəməri bu ölkənin enerji infrastrukturunun bərpası baxımından mühüm addım hesab olunur. Belə ki, Azərbaycandan gələn təbii qazın Suriyanın zədələnmiş elektrik infrastrukturunun bərpasına, eyni zamanda Türkiyənin regional enerji mərkəzinə çevrilməsi hədəfinə də ciddi töhfə verməyi məqsəd qoyur. Ən önəmlisi isə bu addım ikitərəfli münasibətlərin tarixində yeni səhifədir. Həmçinin, bu addım Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək.
Əminəm ki, bu mühüm layihə hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu addım həm Türkiyə, həm Azərbaycan, həm də Suriya üçün faydalı olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi