Bu yaşlı insanlar başqalarına nisbətən xəstəliklərə daha həssasdır
Karolinska İnstitutunun alimləri yaşlı insanları xəstəliklərə, stressə və fiziki zəifliyə qarşı daha həssas edən genetik amilləri müəyyən ediblər.
Sonxeber.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature Aging" jurnalında dərc olunub.
Mütəxəssislər tərəfindən "zəiflik" (frailty) adlandırılan bu vəziyyət insan orqanizminin dayanıqlığını itirməsi və yıxılmalar, xəstəliklər kimi xarici təsirlərə qarşı daha həssas olması ilə xarakterizə olunur. Zəiflik ölüm və hospitalizasiya riskini artırsa da, bəzi insanlarda niyə daha erkən ortaya çıxdığı uzun müddət müəmmalı qalırdı.
Tədqiqat çərçivəsində Böyük Britaniya və Finlandiyadan olan təxminən 1 milyon insanın DNT-si analiz edilib. Nəticədə alimlər zəifliyin inkişafı ilə bağlı yüzlərlə genetik variant müəyyən ediblər. Bu genlərin əsasən beyin funksiyası, immun sistemi və maddələr mübadiləsi ilə əlaqəli olduğu ortaya çıxıb.
Tədqiqatın aparıcı müəllifi, professor Yuliya Yulhava bildirib:
"Zəiflik tək bir səbəbdən yaranmır. Bu, çoxsaylı genlərlə əlaqəli mürəkkəb bir prosesdir və biz onlardan bəzilərini ilk dəfə aşkarlamışıq."
Alimlərin fikrincə, bu genetik markerlərin müəyyən edilməsi, insanlarda orqanizmin dayanıqlılığının azalması riskini əvvəlcədən proqnozlaşdırmağa imkan verə bilər – hətta orta yaş dövründə, bu prosesin qarşısını almaq və ya onu ləngitmək mümkün ola bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 820 Tarix: 06 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabr