Bülbülə sakinləri 2 aydan çoxdur su üzünə həsrət qalıblar - Video
Bakının Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinin sakinləri su çatışmazlığından əziyyət çəkirlər.
"Qafqazinfo"nun məlumatına görə, "Xəzər Xəbər"ə danışan sakinlər bildiriblər ki, yay mövsümü girəndən bəri su kəsilib. Bu da isti havalarda daha da çətinlik yaradır.
Vətəndaşların sözlərinə görə, gün ərzində su bir dəfə 5-10 dəqiqəlik verilir: "Yayın isti günlərində çimməyə su tapmırıq. İndi hansı zəmanədir ki, biz bu əziyyəti çəkirik? İyun ayından evimizə su gəlmir. Həftədə bir dəfə Suraxanı Sukanal İdarəsinə gedilir, orada da adambaşına 300 litr su verilir".
Sakinlər aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, lakin problemin həll olunmadığını bildiriblər: "Su idarəsində hər gün deyilir ki, "bu gün su veriləcək". İcraya gedirik, orada da deyilir ki, "su yoxdur". Məcbur olub suyu pulla alırıq. O da heç nəyə bəs etmir".
Məsələ ilə bağlı ADSEA-dan qeyd edilkib ki, yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan təlabat artır: "Mövcud qurğuların və sudaşıycı kəmərlərin həddindən artıq yüklənməsi nəticəsində qəza risklərini də minumuma salmaqla təlabatın maksimum optimal qarşılanması üçün müəyyən tənzimlənmə işləri aparılır. Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsinə də su verilir. Qrafikdə dəyişiklik edildiyinə görə su küçədəki xəttin uzaq nöqtələrinə gedib çata bilmir. Həftənin sonuna əvvəlki rejimə qaytarılması nəzərdə tutulur".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 767 Tarix: 06 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabr