"Ermənistan tərəfindən Qarabağda basdırılan minalar bu gün də insanlarımızın xəsarət alması və hətta ölməsi ilə nəticələnir" - DEPUTAT
Xəbər verdiyimiz kimi Kəlbəcərdə mina partlaması nəticəsində 5 hərbçimiz yaralanıb.
Bununla Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib ki, Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində hərbçilərimizin və dinc əhalinin minaya düşməsi son illərdə ciddi humanitar və təhlükəsizlik problemi yaratmışdır:
"Bu problem 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra daha da aktuallaşıb.Məlum olduğu kimi, 44 günlük vətən müharibəsi bitdikdən sonra işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi zamanı və ya patrul xidmətləri zamanı çoxlu sayda hərbi qulluqçumuz həyatını itirib və ağır yaralanıb.
Qarabağ torpaqlarında mina təhlükəsi istər hərbi qulluqçularımızın, istərsə də bu ərazilərə köç edib yaşamaq istəyən, kənd təsərrüfatı ilə məşğul olan əhalinin həyat və sağlamlığının itirilməsi, dincliyinin pozulması və hər an qorxu-təşviş içində yaşamasına səbəb olur. Minalardan təmizlənməmiş ərazilərdə insanların yerləşdirilməsi olduqca təhlükəlidir və bu torpaqlarda əkin-biçin aparılması da mümkün deyil. Bu vəziyyət həm də insanlara psixoloji təsir göstərir ki, əhalidə təhlükə hissi yaranır, bu da sosial adaptasiyasını və bölgəyə qayıdışı çətinləşdirir. Bundan başqa Qarabağın inkişafı üçün planlaşdırılmış layihələr də minalar səbəbindən ləngiyir".
Deputat vurğulayıb ki, dövlətimiz genişmiqyaslı mina təmizləmə əməliyyatları aparır, lakin mənfur ermənilərin müharibədən öncə 30 ilə yaxın müddətdə Qarabağ ərazisində basdırdığı müxtəlif növ minalar bu gün də müəyyən ərazilərdə partlayaraq insanlarımıza böyük xəsarətlər yetirir, hətta ölümləri ilə nəticələnir:
"Müharibədən sonra Ermənistan tərəfindən minalanmış ərazilərə dair dəqiq mina xəritələrinin verilməsi tələb olunsa da, təqdim edilən xəritələrin qeyri-dəqiq olması səbəbindən, həmin minaların tam olaraq təmizlənməsi çətinlik yaradır.
Bundan başqa Dövlətimiz tərəfindən azad olunan ərazilərə qayıdan insanlar arasında mina təhlükəsi ilə bağlı təlimlər və xəbərdarlıqlar aparılır, məktəblərdə və ictimai yerlərdə təhlükəsizlik plakatları yerləşdirilir. Bütün bunlar xalqımızın təhlükəsizliyi, azad olunmuş ərazilərimizdə firavan yaşaması naminə atılan addımlardır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi