Nyu-Yorkda kondisioner vasitəsilə yayılan epidemiya 3 nəfərin ölümünə səbəb oldu
Nyu-York şəhərində "Legioner xəstəliyi" kimi tanınan və kondisioner vasitəsilə yayılan legionellozdan üçüncü ölüm hadisəsi qeydə alınıb.
Sonxeber.az xəbər verir ki, bu barədə şəhərin Səhiyyə Departamenti məlumat yayıb.
Məlumatda qeyd edilir ki, xəstəlik ilk dəfə iyulun 25-də aşkarlanıb və qısa müddətdə sürətlə yayılmağa başlayıb.
Üç xəstənin ölümü ilə nəticələnən bu epidemiya daha 67 nəfərdə də aşkarlanıb.
Şəhər rəhbərliyi qripə bənzər əlamətlər hiss edən sakinlərə dərhal tibbi yardıma müraciət etməyi təkidlə tövsiyə edir.
Legioner xəstəliyi - "Legionella pneumophila" bakteriyasının yaratdığı ciddi ağciyər infeksiyasıdır. Bu bakteriya əsasən durğun sularda, baxımsız kondisionerlərin nəm və isti filtrlərində çoxalır. Kondisionerin havası ilə birlikdə asanlıqla yayılaraq, insanların nəfəs aldığı havaya qarışır. Xüsusilə kondisionerli və sıx insanlı mühitlərdə işləyən şəxslər, həmçinin havalandırma sistemlərinin baxımını aparmayan müəssisələrdə çalışanlar daha yüksək risk altındadırlar.
Başlanğıcda soyuqdəyməyə bənzəyən legioner xəstəliyi nəfəs darlığı, öskürək, boğaz ağrısı, burun tıxanıqlığı, sinədə ağrı və allergik əlamətlərlə özünü göstərə bilər. Bəzən qrip zənn edildiyi üçün vaxtında diaqnoz qoyulmur. Bu isə xəstəliyin irəliləməsinə səbəb olur və xüsusilə immun sistemi zəif, tütün istifadə edən, şəkərli və yaşlı insanlarda ölüm riski yaradır. Xəstəlik qan analizi ilə asanlıqla müəyyən oluna bilər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 785 Tarix: 07 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrSəmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrCövdətin qızı 1 yaşında - Fotolar
Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb
2 noyabr