"Bakcell" "11-ci Milli Seçim Konfransı"nın əsas tərəfdaşıdır
İnnovasiya və sürət lideri "Bakcell" Avropa Gənclər Parlamentinin (AGP) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "11-ci Milli Seçim Konfransı"nın əsas tərəfdaşıdır. AGP Azərbaycan tərəfindən 8–12 avqust tarixlərində təşkil edilən "Milli Seçim Konfransı" Azərbaycanın müxtəlif bölgələrindən və Avropa ölkələrindən olan fəal gəncləri bir araya gətirir. İştirakçılar tədbirlərdə və debatlarda rəqəmsal dövrün aktual mövzuları üzrə fikir mübadiləsi aparır və beynəlxalq sessiyalarda ölkəni təmsil etmək şansı qazanırlar.
Tədbirin açılış mərasimində "Bakcell"in ictimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova gəncləri salamlayaraq bildirib ki, rəqəmsallaşmanın sürətlə yayıldığı bir dövrdə innovasiyalar bir sıra fəaliyyət istiqamətlərində inkişaf imkanları yaradır. O, innovasiya mövzusuna əsaslanan bu cür görüşlərin gənclərin gələcək karyeraları üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Tədbirdə "Bakcell"in məhsul üzrə eksperti Rüfət Quliyevin təqdimatında "Süni intellekt və innovasiya" mövzusunda interaktiv sessiya keçirilib. Təlimin əsas məqsədi gənclərin rəqəmsal savadlılığını artırmaq, onları texnologiya və süni intellektdə ən son trendlərlə tanış etmək, həmçinin bu sahələrin gələcək imkanlarına dair düşüncələrinin formalaşdırılmasına dəstək olmaqdır. Sessiya zamanı innovasiyaların gündəlik həyata təsiri müzakirə olunub, iştirakçılar interaktiv tapşırıqlar vasitəsilə yaradıcı və innovativ ideyalarını nümayiş etdirmək imkanı əldə ediblər.
"Bakcell" bu təşəbbüslə korporativ sosial məsuliyyət (KSM) və dayanıqlılıq strategiyasını davamlı olaraq icra edir və cəmiyyətin dayanıqlı gələcəyinə öz töhfəsini verir. Şirkət gənclərin bilik və bacarıqlarının artırılmasına, innovativ düşüncə və liderlik potensialının təkmilləşdirilməsinə yönəlmiş sosial layihələri daim prioritet hesab edir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.




Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 508 Tarix: 11 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr