Azərbaycanda bu şəxslər bir gündə evlənə bilər, ancaq...
Azərbaycanda evlənmək üçün müəyyən sənədlər toplamaq və tibbi müayinələrdən keçmək lazım olur.
Lakin bu tələblərin insanın yaşına və ya evlənənlərin yaş fərqinə görə dəyişə bilməsi haqqında fərqli düşüncələr var. Məsələn, 50 yaşında birinin evlənməsi zamanı tələb olunan sənədlər və tibbi analizlər gənc insanların evlənmə prosesində tələb olunanlardan fərqli olub-olmaması müzakirə olunan məsələlərdəndir. Bəs Azərbaycanda hansı yaşda evlilik zamanı qan analizinə, əlavə sənədlərə ehtiyac olmur?
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindənə cebheinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, evlənmək üçün yaş qrupundan asılı olmayaraq tələb olunan analizlərdə fərqlər yoxdur:
"Nikahın qeydə alınması üçün nikaha daxil olmaq istəyən şəxslərin yaşı və ya yaş fərqləri nəzərə alınmadan onların ərizələri, şəxsiyyətini təsdiq edən sənədlər, tibbi müayinədən keçmələrini təsdiq edən arayışlar və digər sənədlər (əvvəlki nikaha xitam verilməsi haqqında sənədlər, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində qanuni olması barədə sənədlər, eləcə də ailə vəziyyəti barədə arayışlar və s.) tələb olunur".
Bununla yanaşı, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması nikahın bağlanması müddətinin qısaldılması üçün əsasdır:
"Belə ki, Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 3.9-cu bəndinə əsasən nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşı 50-dən yuxarı olduqda nikah ərizə verilən gün qeydə alına bilər".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4269 Tarix: 12 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr