Bakıda bina tikintisi üçün torpağın qiyməti 30 milyon manatı ötüb
Bakıda torpaq bazarında ildən-ilə qiymətlərin artımı baş verir. Torpaq bazarına təsir edən amil əsasən tikintilərdir.
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
O bildirib ki, şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə boş torpaq sahələri tapmaq demək olar böyük problemə çevrilib:
"Mövcud olan torpaq sahələri də qiymətindən baha təklif edilir. Artıq torpaq sahələri sotla deyil, kvadrat metrlə satılır. Əvvəllər kiçik torpaq sahələri daha baha qiymətə satılırdısa, indi əksinədir. Misal üçün, bir hektar sahəsi olan torpaq sotla olan torpaqdan daha baha qiymətə satılır. Çünki bina tikintisi üçün qoyulan tələb bir bina üçün minimum 60 sot torpaq sahəsidir. Yəni 1.2 hektar torpaq sahəsində ikibloklu bir bina tikilə bilər".
"Yəni az sahəli torpaq sahələri daha ucuzdur. Əvvəllər 15-20 sot torpaq sahələri daha baha qiymətə satılırdı. Ancaq indi hektarla olan torpaq sahələri daha baha qiymətə təklif olunur. Nərimanov, Nəsimi, Xətai rayonunun bir hissəsində demək olar ki, boş torpaq sahələri yoxdur. Bu baxmdan şəhərin mərkəzində torpaq sahəsinin bir sotu 500-650 min manat dəyərində təklif olunur. Bina tikintisi üçün torpaq sahələrinin bir hektarının qiyməti isə 25-30 milyon manat və daha yuxarı təklif olunur", deyə ekspert bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1485 Tarix: 13 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabrGöbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA
Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə
2 noyabrSabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrNoyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb
Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabr