8 ildir evlərinə həsrət qalıblar: "Eurostroy S.S" mənzilləri təhvil vermir (VİDEO)
Bakı şəhəri, Nəriman Nərimanov rayonu, Firdovsi Məmmədov 17 ünvanında yerləşən "Sipark" yaşayış kompleksindəki evlərini 6 il əvvəl təhvil almalı olan insanlar hələ də MTK-nın yolunda ayaq döyməli olur.
Qaynarinfo xəbər verir ki, REAL TV-yə danışan sakinlərin sözlərinə görə, 2017-ci ildə onlar "Eurostroy S.S" şirkəti ilə müqavilə imzalayıblar.
Şikayətçilər iddia edir ki, 2 ilə yekunlaşmalı olan binanın tikintisi artıq 8 ildir bitmək bilmir. Həmçinin sakinlər kirayə ödənişlərini də vaxtlı-vaxtında ala bilmirlər. Şirkət hər ay ödəməli olduğu məbləği həftələr ərzində hissə-hissə ödəyir:
"300 manata müqavilə bağlayıblar, bu ərazidə də evlərin kirayə qiymətləri qalxıb. 500 manatdan aşağı kirayə yoxdur. Evi də 9 ildir nə qədər gözləyək? Hər dəfə söz verirlər, nəticəsi də yoxdur. Həftəyə 100 manat ödəyirlər. Mən də ehtiyacımı ödəyə bilmirəm. Ev pulunu verə bilmirəm, kirayəçiyəm. Müdiriyyət bizə demişdi ki, 5 -10 noyabr arası evlər təhvil veriləcək. Biz çox əziyyət çəkirirk. 9 ildir gəlib gedirik, heç bir nəticə yoxdur. Tikinti də göz qabağındadır. Buranı 1 aya təhvil vermək olar?"
Sözügedən şirkətin əməkdaşı isə problemdən xəbərdar olduqlarını, sakinlərə işlərlə bağlı vaxtaşırı məlumat verdiklərini bildirib:
"Bu yaxınlarda sakinlərlə görüşmüşük və onlara bu barədə geniş məlumat vermişik. Müəyyən səbəblərdən bir az gecikmələrimiz olub. Demək olar ki, 3 blok artıq hazırdır. Onların liftləri də gəlib. Liftlərin quraşdırılması və dam örtüyünün örtülməsi istiqamətində işlər gedir. İlin sonunadək həmin 3 bloku sakinlərə təhvil verəcəyik. Qalan digər bloklar isə onlardan 4-5 ay sonra təhvil veriləcək. Ödənişlərdə də müəyyən gecikmələr var, amma heç bir sakin deyə bilməz ki, biz hər həftə pul almırıq. Kirayə pulu, demək olar ki, ödənilir. Müəyyən gecikmə olubsa, o pullar da hesablanıb həmin sakinlərə qəpiyinə qədər ödəniləcək. Kirayə ilə bağlı heç kəsin 1 manatı da şirkətdə qalmayacaq".
Daha ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 755 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021