Məktəblilər arasında aqressiya artır — Psixoloq səbəbləri AÇIQLADI
Son illər məktəblilər arasında aqressiv davranışların artması, həm müəllimləri, həm də valideynləri ciddi narahat edir. Sosial mediada yayılan məktəb davaları, uşaqların bir-birinə və müəllimlərinə qarşı sərt münasibəti cəmiyyət üçün təhlükəli tendensiyaya çevrilib. Mütəxəssislər bildirir ki, bu aqressiyanın kökündə təkcə ailə mühiti deyil, həm də sosial və emosional təzyiqlər dayanır.
Psixoloq A.Orucova məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verib:
O, bildirib ki, uşaqlarda aqressiyanın formalaşması bir prosesdir və onun arxasında bir çox gizli amillər dayanır:
"Uşaqlar aqressiv doğulmur, onlar gördüklərini model alırlar. Evdə, məktəbdə və ya sosial şəbəkədə zorakı münasibətlərə şahid olan uşaq, bu davranışı ‘normal’ hesab etməyə başlayır. Təəssüf ki, bəzən valideynlər uşağı dinləmək yerinə danlayır və ya qarşısında aqressiv reaksiya göstərirlər. Beləcə, uşaq duyğularını anlamağı deyil, basdırmağı və partlayışla ifadə etməyi öyrənir."
Psixoloq əlavə edib ki, sosial mediada zorakılığın təriflənməsi də bu davranışları stimullaşdırır:
"Şagirdlər arasında ‘mən güclüyəm’ imici formalaşır. Uşaqlar emosiyalarını sözlə yox, hərəkətlə göstərməyə çalışır. Bu da aqressiyanın artmasına səbəb olur."
Mütəxəssis valideynlərə və müəllimlərə çağırış edib:
"Uşaqlara cəza vermək əvəzinə, onları dinləmək və duyğularını ifadə etmələrinə şərait yaratmaq vacibdir. Daxilində yığılan qorxu, hirs və qısqanclıq zamanında dəyərləndirilməsə, aqressiyaya çevrilir. Biz uşaqlara empatiya, səbir və sərhəd hissini öyrətməliyik."
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 967 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021