Şərurlu İsfəndiyar: "Mənə 15 il də həbs verə bilərlər"
"Mənə 15 il də həbs verə bilərlər. Yox, güllələnmə verəcəklər. Ayıbdır!"
Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu üç ilə qədər azadlıqdan məhrumetmə cəzası ala biləcəyi barədə xəbərə münasibət bildirən "Şərur MTK"nın sahibi İsfəndiyar Axundov ("Şərurlu İsfəndiyar") deyib:
"Yalan yazılıb. İndi şikayət edəcəyəm, sonra deyəcəklər, "bağışlayın, səhv etmişik". Deyirəm ki, yoxdur belə şey. Qayda var, qanun var. Nə edəcəklər mənə? Çox olsa, məzəmmət edərlər. Mən nə etmişəm? Adam öldürməmişəm, söyməmişəm, eləməmişəm. Bu, jurnalist təxribatı olub. Bir kəlmə söz dedim, ondan da belə problem yaratdılar", - deyə İ.Axundov bildirib.
Qeyd edək ki, "Şərur MTK"nın sahibi barəsində məhkəməyə müraciət edən "Proqress 2016" MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovun vəkili Asim Abbasov İsfəndiyar Axundovu ittiham olunduğu Cinayət Məcəlləsinin 147.2 (böhtan) maddəsi üzrə üç ilə qədər azadlıqdan məhrumetmə cəzası gözlədiyini deyib.
Ş.İsfəndiyar bundan öncə verdiyi müsahibəsində məsələ ilə bağlı bu cür açıqlama vermişdi:
"Məsələ belədir ki, qarşı tərəf haqqında jurnalist məndən müsahibə almışdı. Mövzu həmin şəxsin tikinti şirkətində çalışdığı müddətdə insanların pulunu mənimsəməsi ilə bağlı idi. İddia edirlər ki, mən müsahibədə onu dələduz adlandırmışam. Lakin belə bir hal baş verməyib. Bunu özləri də yaxşı bilirlər. Məhkəmədə çıxışım zamanı "dələduz" sözünü işlətmədiyimi qeyd etmişəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 797 Tarix: 08 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu atları saxlayanlara 1000 manat veriləcək
"Qarabağ" və "Dilbaz" atlarının saxlanmasına subsidiya veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Milli at cinslərinin qorunması və sayının artırılması məqsədilə qeydiyyata alınmış "Qarabağ" və "Dilbaz"
10 sentyabrBakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
9 sentyabrBu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də
11 sentyabrMəzunların əmək bazarında iş tapması həmişə mümkün olmur - AÇIQLAMA
Azərbaycanda universitet məzunlarının əmək bazarına keçidi və ixtisaslarına uyğun iş tapması ilə bağlı vəziyyət müxtəlif ixtisaslar üzrə fərqlənir. Dövlətin "Məzunların məşğulluq reytinqi" platforması da məzunların məşğulluğu və əmək bazarında daha çox tələb olunan ixtisaslar barədə məlumatlılığı
10 sentyabrCekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql
10 sentyabrŞəkidə kanatdakı qəzanın səbəbi açıqlandı
Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası"
10 sentyabr