Evləri plana düşən bu binanın sakinləri kompensasiyadan narazıdır (VİDEO)
Bakıda söküntü üçün təyin olunan kompensasiya məbləğinin sakinlərə ödənilmədiyi iddia edilir. Bu iddia ilə paytaxtın Sabunçu rayonu, Qambay Vəzirov, Döngə 2 Q ünvanında yaşayan sakinlər "Xəzər Xəbər"ə müraciət ediblər.
Rixard Zorgenin Ev-muzeyi olan və hazırda yaşadıqları bina qəzalı vəziyyətdə olduğu üçün plana düşüb. Sakinlərə bunun üçün evin kvadratına uğun olaraq 1350 manat məbləğində kompensasiya təklif edilib. İddiaya görə, bu məbləğə razı olmasalar da, bəzi sakinlər ödəniş olunaraq evdən zorla çıxarılıblar, bir neçə ailəyə isə ümumiyyətlə kompensasiya ödənilməyib.
Sakinlər onu da iddia edirlər ki, yaşadıqları əraziyə uyğun olaraq 2500-2800 manat kompensasiya məbləği təyin olunsa da, onlara bundan daha az pul verilir. Evlərinin ölçüləri isə az hesablanır.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "Xəzər Xəbər"ə bildirilib ki, sakinlərin çoxsaylı müraciətlərinə əsasən aidiyyəti qurumlar tərəfindən sözügedən binaya baxış keçirilib və qəzalı vəziyyətdə olması müəyyən edilib. Sözügedən ünvan üzrə 15 mülkiyyət sahibinə hüquqmüəyyənedici və digər zəruri sənədlər əsasında notarial qaydada müqavilə bağlanılaraq, kompensasiya ödənilib və köçürülmə təmin edilib. Digər sakinlər isə təklif edilən kompensasiya məbləği ilə razılaşmayıblar.
Komitədən o da qeyd edilib ki, həmin ünvanda hər kvadratmetr üzrə kompensasiya məbləği 2500-2800 deyil, 1350 manat təyin olunub. Bu məbləğ qiymətqoyma şirkəti tərəfindən müəyyənləşdirilib. Sakinlər təklif edilən kompensasiya məbləği ilə razılaşacaqları təqdirdə, qısa müddət ərzində eyni qaydada müqavilə bağlanılaraq, kompensasiya ödəniləcək və köçürülmə təmin olunacaq.
Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 868 Tarix: 09 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO
Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd
18 sentyabr 2021