İnsanlar niyə qeybət edir və bu davranışın arxasında hansı sosial, psixoloji motivlər dayanır? - ARAŞDIRMA

İnsanlar niyə qeybət edir və bu davranışın arxasında hansı sosial, psixoloji motivlər dayanır? - ARAŞDIRMAGündəlik həyatın bir hissəsinə çevrilmiş qeybət, bəzən sadəcə söhbət kimi görünür, amma əslində insanların bir-birilə münasibətlərində, sosial iyerarxiyada və ictimai dəyərlərin formalaşmasında mühüm rol oynayır. Sosial mediada, iş mühitində və ailə daxilində belə, qeybətin müxtəlif formalarına rast gəlmək mümkündür. Bütün bunlar belə bir sualı gündəmə gətirir: insanlar niyə qeybət edir və bu davranışın arxasında hansı sosial və psixoloji motivlər dayanır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, psixoloji aspektdən, qeybət edən şəxs əslində öz daxili ehtiyaclarını özünə aid olmayan mövzulara köçürməklə, adətən emosional şəkildə ətrafa neqativ əks etdirir:

İnsanlar niyə qeybət edir və bu davranışın arxasında hansı sosial, psixoloji motivlər dayanır? - ARAŞDIRMA"Qeybət edən insan kimdir? Sadə dildə desək, qeybət birinin arxasıyca pis danışmaq, olan və ya olmayan məsələni daha da qabarıq səviyyəyə gətirərək danışmaq üslubudur.

Əsasən özgüvən əksikliyi yaşayan, özünə dəyər hissi aşağı olan insanlar çox zaman qeybət vasitəsilə başqalarının zəif tərəflərini qabardaraq özlərini üstün göstərməyə çalışırlar. Sosial əlaqə qurmağa çətinlik çəkdiyi üçün bəziləri məhz qeybət üsulundan istifadə edir. Bu şəkildə qeybət edən şəxs diqqət mərkəzində olur, onu dinləyənlərin diqqəti ona tərəf fokuslanır".

Psixoloq onu da vurğuladı ki, bəzi insanlar isə sırf paxıllıq hissindən və birinin uğuruna sevinə bilmədiyi üçün, sosial hörmətini azaltmaq məqsədilə məhz mənfi tərəfdən qeybət edir:

"Öz həyatında kifayət qədər uğur qazana bilməyən, boş zamanı çox olan şəxslərin çoxu qeybət vasitəsilə diqqəti üzərinə çəkməklə lazım olan emosiyaları almış olurlar. Qeybət edənlər qədər, qeybət dinləməyi sevənlər də az deyil. Belə ki, gündəlik həyatlarında boşluq və ya darıxqanlıq yaşayan insanlar başqalarının həyatı ilə bağlı söhbətləri beyinlərində canlandıraraq, sanki film izləmiş kimi olur. Bir növ gizli həyəcan yaşayır. Duyğusal aclığı olan, sosial həyata addımlamaq istəyən, amma paxıl və passiv mövqe sahibləri, daha sonra özünü müqayisə etmək vərdişi olan insanlar qeybəti dinləməyi sevirlər.

Amma bir məsələ də var ki, qeybət yalnız mənfi deyil, bəzən müsbət xarakterli də ola bilər. Əlbəttə ki, bu tip qeybətləri sağlam psixoloji vəziyyəti olan və həyatda özü ilə tamamlanan şəxslər edir. Kiminsə yaxşı əməllərindən, xeyirxahlığından, uğurlarından danışmaq, müsbət keyfiyyətlərini bir başqasına çatdırmaq, bir növ tərif etmək kimi söhbətlər də olur. Əslində, belə xarakterli qeybətlər sosial bağları daha da gücləndirir, çevrədə müsbət hiss yaradır, eləcə də insan özündə müsbət düşünmək vərdişini formalaşdırır".

Mövzu ilə bağlı Sonxeber.az-a mövqeyini bildirən sosioloq Yusif Nəbiyev isə qeyd edib ki, qeybət ilk baxışda sadəcə çay süfrələrinin ayrılmaz və təsirsiz əlavəsi kimi görünsə də, əslində ciddi sosial funksiyaları olan bir davranış şəklidir:

İnsanlar niyə qeybət edir və bu davranışın arxasında hansı sosial, psixoloji motivlər dayanır? - ARAŞDIRMA"İctimai münasibətlərin ən incə mexanizmlərindən biri olaraq qeybət insanlara həm aidiyyət hissi verir, həm də qrup daxilindəki iyerarxiyanı təsdiqləyir. Sosioloq Erving Goffmanın izah etmiş olduğu "sosial səhnədə sifətin qorunması" prosesi ilə paralellik göstərən qeybət hadisəsi başqasının "sifətini, simasını yerə salmaqla" öz mövqeyimizi gücləndirməyin ən asan yoludur.

Sosial motivlərə gəlincə, burada əsas məsələ nə danışıldığından çox, kiminlə danışıldığıdır. Yəni qeybət sosial kapitalın valyutasıdır: müəyyən sirri bölüşməklə, qarşı tərəflə yaxınlıq qurulur, gizli bir "biz" hissi yaradılır. Nə qədər xoş bir şey olmasa da, qeybət insanları birləşdirən ən ucuz yollardan biridir.

Digər tərəfdən, qeybət sosial nəzarət mexanizmi rolunu oynayır. Hansı davranışların qəbuledilməz olduğunu qeybət vasitəsilə cəmiyyət daim xatırladır. Başqasının həyatını müzakirə etməklə, əslində, "biz belə etməməliyik" mesajı verilir. Beləliklə, qeybət həm əyləncə, həm də ictimai normaların qorunması üçün alət kimi çıxış edir. Yəni, istəsək də, istəməsək də, qeybət sosial həyatın görünməyən, amma çox güclü yapışdırıcı sementidir. Bəzi insanların münasibətlərinin hörgü daşıdır hətta.

Lakin qeybətin şəxsiyyət terrorunda istifadə edilməsini, fərdlərin xəbərləri olmadan onların imiclərini zədələmək üçün ideal bir vasitə olduğunu unutmamalı və bundan bacardıqca uzaq durmağa çalışmalıyıq. İctimai münasibətlərin ən incə mexanizmlərindən biri olaraq qeybət insanlara həm aidiyyət hissi verir, həm də qrup daxilindəki iyerarxiyanı təsdiqləyir. Sosioloq Erving Goffmanın izah etmiş olduğu "sosial səhnədə sifətin qorunması" prosesi ilə paralellik göstərən qeybət hadisəsi başqasının "sifətini, simasını yerə salmaqla" öz mövqeyimizi gücləndirməyin ən asan yoludur".

Sosioloq onu da vurğuladı ki, istəsək də, istəməsək də, qeybət sosial həyatın görünməyən, amma çox güclü yapışdırıcı sementidir:

"Sosial motivlərə gəlincə, burada əsas məsələ nə danışıldığından çox, kiminlə danışıldığıdır. Yəni qeybət sosial kapitalın valyutasıdır: müəyyən sirri bölüşməklə, qarşı tərəflə yaxınlıq qurulur, gizli bir "biz" hissi yaradılır. Nə qədər xoş bir şey olmasa da, qeybət insanları birləşdirən ən ucuz yollardan biridir.

Digər tərəfdən, qeybət sosial nəzarət mexanizmi rolunu oynayır. Hansı davranışların qəbuledilməz olduğunu qeybət vasitəsilə cəmiyyət daim xatırladır. Başqasının həyatını müzakirə etməklə, əslində, "biz belə etməməliyik" mesajı verilir. Beləliklə, qeybət həm əyləncə, həm də ictimai normaların qorunması üçün alət kimi çıxış edir. Yəni, istəsək də, istəməsək də, qeybət sosial həyatın görünməyən, amma çox güclü yapışdırıcı sementidir. Bəzi insanların münasibətlərinin hörgü daşıdır hətta.

Lakin qeybətin şəxsiyyət terrorunda istifadə edilməsini, fərdlərin xəbərləri olmadan onların imiclərini zədələmək üçün ideal bir vasitə olduğunu unutmamalı və bundan bacardıqca uzaq durmağa çalışmalıyıq".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1161   Tarix: 09 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021