"Qızların işıqlı gələcəyi naminə maarifləndirmə" layihəsi uğurla yekunlaşdı - FOTOLAR

"Qızların işıqlı gələcəyi naminə maarifləndirmə" layihəsi uğurla yekunlaşdı - FOTOLARAilə və Uşaqlara Sosial Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Qızların işıqlı gələcəyi naminə maarifləndirmə" layihəsi çərçivəsində yekun tədbirini təşkil edib.

Sonxeber.az QHT.az-a istinadən xəbər verir ki, layihənin yekun tədbiri 8 oktyabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Milli QHT Forumunun iclas zalında keçirilib. Tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Milli QHT Forumuna təşəkkür bildirilib.

Tədbirdə çıxış edən İctimai Birliyin rəhbəri Elnurə Abuşova layihənin məqsədləri və əhəmiyyətindən danışaraq, erkən nikahların qarşısının alınmasında valideynlərin və təhsil müəssisələrinin rolunun vacibliyini vurğulayaraq qeyd edib ki, layihə çərçivəsində müxtəlif rayonlarda təşkil edilən təlimlərdən, ailələrin mövzuya münasibətindən və uşaqların hüquqlarının təminində ailə dəyərlərinin əhəmiyyətindən bəhs olunub. Yekun tədbirin məqsədi qanunvericiliyin təhlili, mövcud çətinliklərin dövlət qurumları, QHT-lər və media nümayəndələri ilə müzakirəsi, bu müzakirələrin layihə hesabatında əks olunması, eləcə də layihənin davamlılığını təmin etmək üçün təkliflərin aidiyyəti qurumlara təqdim olunmasıdır.

Tədbirdə iştirak edən qurumlar arasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin Ictimai Səhiyyə və Islahatlar Mərkəzi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association, Mediasiya Şurası, Konstitusiya Araşdırmalar Fondu, media nümayəndələri, yerli qeyri-hökumət təşkilatları iştirak edib.

Azərbaycan Vəkillər Kollegiyasının nümayəndələri Gülşən Salmanova və Lalə Məmmədova çıxış edərək erkən nikahların cəmiyyət üçün vacibliyini vurğulayıblar. Çıxışlarda qızların hüquqi müdafiəsi, ucqar bölgələrdə yaşayan həssas əhali qrupları üçün hüquqi yardımın təşkili, ailə və valideyn məsuliyyəti, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi və düzgün hüquqi qərarların qəbul olunmasının əhəmiyyəti qeyd olunub.

Mediasiya Şurasının nümayəndəsi, Mediasiya Şurası idarə heyəti sədrinin müşaviri Əli Fərzəliyev çıxışında vətəndaş cəmiyyətlərinin dəbdəbəli otellərdən çıxıb regionlarda təlim keçirməsini alqışladı və bildirdi ki, təşkilat rayonlarda aparılan maarifləndirmə tədbirlərində aktiv iştirak edib. Əhali ilə birbaşa ünsiyyət zamanı ailə dəyərlərinin aşılanması, erkən nikah və ailədaxili problemlərə həssas yanaşma önəmlidir. Həmçinin vurğulandı ki, problemlər erkən aşkarlandıqda, yerli qurumlarla kompleks yanaşma tətbiq etməklə uşaqların və qızların hüquqlarının qorunması və onların cəmiyyətə sağlam inteqrasiyası təmin olunur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Şəbnəm Cəfərova çıxışında qeyd edib ki, Komitənin 11 rayonda fəaliyyət göstərən "Ailələrə və Uşaqlara Dəstək Mərkəzləri" var və bu mərkəzlərdə ailə dəyərlərinin təbliği, uşaqların hüquqlarının qorunması, qızların təhsilə yönləndirilməsi və erkən nikahların qarşısının alınması istiqamətində işlər aparılır. Məktəblərdə də mütəmadi maarifləndirmə tədbirləri həyata keçirilir və real həyatda rast gəlinən hallardan nümunələr əsasında problemlərin həlli yolları barədə məlumat verilir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin nümayəndəsi, təlim-resus şöbəsinin müdir müavini Pərvin Quliyeva çıxış edərək, səhiyyə sahəsində görülən işlər, məktəblərdə aparılan maarifləndirmə tədbirləri və tibb işçiləri, psixoloqlar, məktəb psixoloqları üçün hazırlanmış metodik vəsaitlər barədə məlumat verib. Bu materiallarda uşaqlara qarşı zorakılığın erkən aşkarlanması, atılmalı addımlar və müraciət istiqamətləri əks olunub. Həmçinin vurğulanıb ki, bu fəaliyyətlər Nazirliyin illik fəaliyyət planına daxil edilib və davamlı olaraq həyata keçirilir.

Tədbirdə erkən nikahların qarşısının alınması üzrə tövsiyələrlə çıxış edən "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Cinayət Məcəlləsinin 176-1 və 176-2-ci maddələri hüquqi baza yaratsa da, mövcud tənzimləmə hüquqi, terminoloji və institusional boşluqlara malikdir. Cinayət-hüquqi müdaxilə reaktiv xarakter daşıyır, profilaktik və sosial müdafiə mexanizmləri zəifdir, institusional koordinasiya parçalanmışdır, regionlarda dəyərlər və davranış stereotipləri hüquqi mexanizmin təsirini məhdudlaşdırır.

Terminoloji qeyri-dəqiqlik məsələsinə toxunan Ə.Nuriyev "Erkən evlilik" anlayışının Ailə Məcəlləsində olmamasını, cəza və məsuliyyətin balanssız olmasını (subyektiv və ağırlaşdırıcı hallar dəqiq müəyyən edilməyib), sosial reaksiya mexanizminin formalaşmanasını, (təhsil, sosial xidmət və polis arasında erkən xəbərdarlıq sistemi yoxdur), məcbur etmə formalarının fərqləndirilmədiyini (fiziki, psixoloji, dini, iqtisadi), zərərçəkmişin müdafiə mexanizminin olmaçasını (təhsil, sığınacaq, psixoloji dəstək tədbirləri hüquqi sənədlərdə nəzərdə tutulmayıb), dini kəbin və sosial razılaşma hallarına qarşı məsuliyyət mexanizmlərinin qeyri-müəyyən olmasını bildirərək əlavə edib ki, QHT və medianın rolu sistemli və uzunmüddətli deyil, layihə əsaslıdır.

Tədbirdə çıxış edən filologiya elmləri doktoru, professor, ADU-nun Xarici ölkələrin ədəbiyyatı kafedrasının rəhbəri Aynur Sabitova qızların təhsil almasının və maariflənməsinin cəmiyyətin gələcəyi üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb:

"5 il tələbə olmuşam, sonrakı illəri isə pedaqoji fəaliyyətlə məşğul olmuşam. Hamı bilir ki, Dillər Universiteti uzun illər qızların üstünlük təşkil etdiyi ali məktəb olub. Sonradan beynəlxalq münasibətlər fakültəsi açıldıqdan sonra oğlan tələbələr də təhsil almağa başladı. Amma ümumilikdə, biz oxuduğumuz dövrlərdə bu təhsil ocağında əsasən qızlar üstünlük təşkil edirdi. Bu gün Azərbaycan Dillər Universiteti yalnız bir təhsil ocağı deyil, eyni zamanda geniş imkanlar yaradan dinamik bir inkişaf məkanıdır. Universitetimizdə tələbələrin elmi, peşəkar və şəxsi inkişafı üçün müxtəlif istiqamətlərdə mühüm işlər görülür. Tədrisin keyfiyyətinin yüksəldilməsi, xarici dillərin daha müasir metodlarla tədrisi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, tələbələrin beynəlxalq proqram və layihələrdə iştirak imkanlarının artırılması, həmçinin mədəni və sosial fəaliyyətlərin zənginləşdirilməsi bu işlərin əsasını təşkil edir. Bu cür layihələr sayəsində tələbələr yalnız nəzəri biliklərlə kifayətlənmir, həm də qlobal dünyada rəqabətədavamlı mütəxəssis kimi formalaşırlar. Universitetimizdə aparılan bu ardıcıl işlər həm müəllimlərə, həm də tələbələrə böyük motivasiya verir."

Professor qeyd edib ki, qız uşağının maariflənməsi tək bir fərdin deyil, bütöv bir cəmiyyətin inkişafına təsir edir:

edilməlidir. Bu, onların gələcəkdə valideyn kimi sağlam düşüncə və münasibət formalaşdırmasına, həmçinin qızların və qadınların zorakılıqdan qorunmasına mühüm töhfə verəcək.

Sonda Elm və Təhsil Nazirliyinin İTM jurnalının Baş redaktoru Böyükağa Mikayıllı iştirakçıları səsləndirilən fikirlərə elmi əsaslandırma ilə yanaşmanı təklif edərək bildirdi ki, araşdırma nəticələrinə həsr edilmiş məqalələrə Baş redaktoru olduğu jurnalda yer ayıra bilər.
"Qızların işıqlı gələcəyi naminə maarifləndirmə" layihəsi uğurla yekunlaşdı - FOTOLAR"Qızların işıqlı gələcəyi naminə maarifləndirmə" layihəsi uğurla yekunlaşdı - FOTOLAR"Qızların işıqlı gələcəyi naminə maarifləndirmə" layihəsi uğurla yekunlaşdı - FOTOLAR"Qızların işıqlı gələcəyi naminə maarifləndirmə" layihəsi uğurla yekunlaşdı - FOTOLAR"Qızların işıqlı gələcəyi naminə maarifləndirmə" layihəsi uğurla yekunlaşdı - FOTOLAR"Qızların işıqlı gələcəyi naminə maarifləndirmə" layihəsi uğurla yekunlaşdı - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 723   Tarix: 10 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA + VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18 sentyabr 2021